Günah Sabir bəydədir...
29 nömrəli marşrutda TƏHLÜKƏLİ ANLAR -VİDEO
İmamoğlu barədə şok iddialar ortaya çıxıb
Namizəd Səfərov saxlanıldı
Toydan qayıdanda avtobusda dalaşdılar
Satış anbarının fəaliyyəti dayandırılıb
Həbsdə olan güneyli vəkilin həyat yoldaşı saxlanılıb
Sabunçuda yaşayış evində partlayış -YENİLƏNİB
Səhiyyəmiz 33 yaşlı gənci belə “öldürdü“ - İTTİHAM
Kimlər evdən işləyə biləcək?


18.12.2023  09:39 

Fransa müstəmləkə, səlibçi zehniyyətindən xilas ola bilməyib -QAİ





A+  A-

Fransa hələ də müstəmləkə, səlibçi zehniyyətindən xilas ola bilməyib.

Xəzərnews.az xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, utanc hissini itirmiş bir qrup fransız ictimai-siyasi xadim, mer 2024-cü ildə BMT-nin İqlim sammitinin (COP29) Azərbaycanda keçirilməsi qərarına etiraz əlaməti olaraq gülünc müraciətlə çıxış ediblər. Bu, Fransa cəmiyyətinin irqçi, islamofob və Azərbaycanofob mahiyyətini bir daha nümayiş etdirir.

Azərbaycana qarşı böhtan atan, daim beynəlxalq hüquqa uyğun hərəkət edən ölkəmizi Fransa ilə səhv salan müraciət müəlliflərinə elə gəlir ki, mühüm beynəlxalq tədbirlər ancaq özünü “beynəlxalq ictimaiyyət” adlandıran bəlli bir qrup ölkələrdə keçirilməlidir. Hiss olunur ki, onlar hələ də müstəmləkə, səlibçi zehniyyətindən xilas ola bilməyiblər.

İrqçi müraciəti imzalayanlar arasında Ann İdalqo, Valeri Pekres, Bruno Reteyo kimi “tanış” simalar var. Valeri Pekres düz iki il əvvəl Fransa prezidentliyinə namizəd olarkən özü ağılda olan Bruno Reteyo ilə birlikdə qanunsuz olaraq Qarabağa soxularaq indi Bakıda həbsxanada çay içərək Azərbaycan məhkəməsinin qərarını gözləyən Araik Arutunyan və David Babayanla görüşmüşdü. Artıq belə irqçilərin ayaqları bir daha Azərbaycan torpaqlarına dəyməyəcək. Ann İdalqo isə bu il “humanitar” yük karvanı ilə Laçın yolu tərəfə gəlib timsah göz yaşı axıdaraq ucuz şou düzəldirdi.

Azərbaycan və Ermənistanın 2023-cü il dekabrın 7-də birbaşa danışıqlarla əldə etdiyi razılıqlar, o cümlədən Ermənistanın Azərbaycanın COP29 namizədliyini dəstəkləməsi fonunda fransız merlərinin belə bir müraciətə imza atması siyasi klounluqdur. Ann İdalqo bu cür sarsaq işlərlə məşğul olmaq əvəzinə qoy gedib Parisin bərbad vəziyyətdə olan olimpiya oyunlarına hazırlığı ilə məşğul olsun.

Fransa və Ann İdalqo kimilərin Azərbaycana qarşı bütün addımları əbəsdir. Zaman göstərdi ki, bu təfəkkürdə olanların Ermənistana köməyi maksimum bir neçə Qarabağ ermənisinə Parisin fəxri vətəndaşı adı verib baş aldatmaq ola bilər./report

Xəbər 3505 dəfə oxunub.




09.12.2025  18:52 

Günah Sabir bəydədir...

09.12.2025  17:56 

Namizəd Səfərov saxlanıldı

09.12.2025  15:56 

Kimlər evdən işləyə biləcək?

09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi


BÜTÜN XƏBƏRLƏR +