Bu yolda hərəkət məhdudlaşdırılır
Zaxarova: “Moskva Bakıdan cavab gözləyir”
Ana 1 yaşlı övladını yerə çırparaq öldürüb
Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Bakıda iki yeniyetmə küçədə gecələyirmiş
“DeFacto” Azərbaycandakı filiallarını bağlayır
Çörəyin içindən yad cisim çıxdı
Vladimir Solovyova qarşı sui-qəsd planı ifşa edildi!
Metroda əlavə ödəniş üsulları tətbiq edilə bilər
Ağac aşdı, qadın altında qaldı - Bakıda


14.12.2023  13:38 

Azərbaycanda hansı həkim 60 min manat maaş alır?





A+  A-

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev hesab edir ki, dövlət xəstəxanalarında çalışan həkimlər 1000 manatdan az maaş almamalıdır.

Xəzərnews.az report-a istinadən xəbər verir ki, Z.Əliyev dekabrın 14-də keçirdiyi brifinqdə qeyd edib ki, bu əsas məqsədlərdən biridir.

O vurğulayıb ki, hazırda terapevtlər əlavə bonuslarla birgə orta hesabla 1600 manata yaxın maaş alır.

Onun sözlərinə görə, cərrah və oftalmoloqlarda bu məbləğ bir az çoxdur:

"Bu digər ölkələrlə müqayisədə bir az aşağıdır. Xidmətlər zərfində bir çox qiymətlər artıb. Qurum tərəfindən xəstəxanalara xidmətlər çərçivəsində ödənən məbləğlər həmin əməliyyatları icra edən həkim-cərrah bonus olaraq yazılır. Cərrahlar təbii ki, nisbətən daha çox məvacib alır. Bu da onların icra etdiyi bahalı əməliyyatların qiymətlərinə görə dəyişir".

Sosial şəbəkələrdə həkimlərin 60 min manat maaş aldığı iddialara cavab verən Zaur Əliyev bildirib ki, bu bəzi yüksək ixtisaslı cərrahlara şamil edilə bilər:

"Çox az sayda cərrahlar var ki, icra etdiyi bahalı cərrahi əməliyyatların bonusları, vahid tarif cədvəli və aylıq sabit əlavələrlə birlikdə bu məbləği ala bilməsi mümkündür".

Xəbər 2939 dəfə oxunub.



12.09.2025  14:42 

ADNSU-nun yataqxanası bağlanıb


BÜTÜN XƏBƏRLƏR +