Dünya şöhrətli azərbaycanlı Əkbər Behkəlam vəfat edib
Qordon məhkəmədə Rusiyaya qalib gəldi
Rəisin ölkədən çıxışına “stop“ qoyuldu
Somali Prezidenti Azərbaycana səfərə gəlib
Onlayn qumar təşkil edirmişlər... - Video
Şahnaz Bəylərqızının işi ilə bağlı DİN-də oldular
“Nəcməddin Sadıkov da əlavə olunmalıdır” - İDDİA
ABŞ-dən Azərbaycana gətirilən quş ətinə qadağa...
Ruslar Kiyevdə uşaq bağçasını vurdu
Dövət Sərhəd Xidmətinin hərbçisi ölüb


14.12.2023  13:26 

ABŞ da əsir mübadiləsini alqışladı





A+  A-

ABŞ Ermənistan və Azərbaycanda saxlanılan şəxslərin geri qaytarılmasını və tərəflərin etimadın yaradılması üçün gələcək addımları müzakirə etməsini alqışlayır.

Xəzərnews.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller deyib.

Ermənistan və Azərbaycan tərəfindən saxlanılanların qaytarılmasında ABŞ-ın rolu olub-olmaması ilə bağlı suala Miller belə cavab verib: “Dövlət katibinin köməkçisi (James O`Brien: red.) regionda idi. Biz bunu hər iki hökumətlə təmaslarımızda fəal şəkildə təşviq etdik. Biz bu gün (13 dekabr: red.) baş vermiş erməni və azərbaycanlı məhbusların geri qaytarılmasını, eləcə də əlavə etimadın yaradılmasına dair addımların müzakirə olunduğu barədə xəbərləri alqışlayırıq”, - Miller deyib.

O, təkrar edib ki, Vaşinqton Cənubi Qafqazda sülhü mümkün hesab edir.

“Biz bu prosesin inkişafı üçün Ermənistan və Azərbaycanla işləməyə davam edəcəyik. Biz inanırıq ki, hər iki tərəf bunun üçün çalışmaq istəsə, sülhün mümkün olacağına inanırıq”, - ABŞ Dövlət Departamentinin sözçüsü əlavə edib.

ABŞ dövlət katibi Antoni Blinkenin Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Vaşinqtonda görüş gözlədiyi barədə daha əvvəl verdiyi bəyanata gəlincə, Miller bu cür danışıqların konkret tarixini verməkdən imtina edib.

Ceyms O`Brayen dekabrın 6-da Bakıda olub və orada keçirilən görüşləri “pozitiv və konstruktiv” adlandırıb.

Dekabrın 13-də 32 erməni hərbçi Azərbaycandan Ermənistana qayıdıb. Ermənistan tərəfi iki azərbaycanlı hərbçini Azərbaycana təhvil verib.

Xəbər 1799 dəfə oxunub.




11.02.2025  13:03 

Bakıdakı Rus Evi sökülür?


BÜTÜN XƏBƏRLƏR +