“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


14.12.2023  01:47 

Mask ABŞ-da texniki universitet açmağı planlaşdırır





A+  A-

Amerikalı milyarder İlon Mask ABŞ-ın Texas ştatının Ostin şəhərində texniki universitet açmağı planlaşdırır.

Xəzərnews.az xəbər verir ki, bu barədə Maskın "The Foundation" xeyriyyə təşkilatının vergi bəyannaməsinə istinadən "Bloomberg" məlumat yayıb.

"Pandemiya zamanı Texasa köçən İlon Mask Ostində universitet açmağı planlaşdırır", - agentlik yazıb.

Qeyd edilir ki, Maskın 100 milyon dollara yaxın sərmayə qoyduğu təhsil kompleksinə texniki fənlərə yönəlmiş ibtidai və orta məktəblər daxil olacaq. Açıldıqdan sonra ən yüksək səviyyədə təhsil üzrə ixtisaslaşmış universitet yaradılana qədər təhsil fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur.

Məktəbin və universitetin təxmini açılış tarixi barədə məlumat verilməyib, lakin kompleksin açılışı üçün ərizə 2022-ci ilin oktyabrında təqdim edilib və 2023-cü ilin martında təsdiqlənib.

Xəbər 1255 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +