Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


10.12.2023  10:29 

Aysel Şükürün keçmiş həyat yoldaşı həbs olunub -FOTO





A+  A-

İnfluenser Aysel Şükürün keçmiş həyat yoldaşı Elşən Əsgərli həbs olunub.

Xəzərnews.az xəbər verir ki, bu barədə Aysel özü məlumat yayıb. O bildirib ki, E. Əsgərlinin saxlanılmasına səbəb narkotik istifadə etməsi olub:

"Bunu demək mənim üçün utancvericidir. Gecə bu xəbəri eşidəndə video çəkdim, paylaşa bilmədim. Mənə dedilər ki, o məlumatı verməli idin. Həm utandım, həm də pis oldum. Uğurun atası avqust ayında üstümüzə hücum çəkmişdi, həmişəki kimi ağzına gələni danışmışdı. İllərdir mən bununla mübarizə aparıram, deyirəm ki, narkotik istifadəçisidir. Bir dəfə müalicə alıb, sağalıb. Avqustda Uğuru onunla görüşdürəndə anladım ki, yenidən aludə olub. Təsəvvür edin ki, 19 yaşından onun həmin vəziyyətlərini görüb, canımı qurtarmışam. İndiyə qədər əl çəkmirdi. Dünən həbs olunub, 2 aylıq azadlıqdan məhrum edilib. Narkotik istifadə edib maşın idarə edəndə saxlanılıb. Bizim cinayət işimiz də davam edir. Üzləşmə olmuşdu, yenə təhqirlər səsləndirdi, Oqtay (İkinci həyat yoldaşı - red) üçün ağzına gələni dedi, şərlər atdı.

Nə dediyini bilmirdi, mən də söylədim ki, sən yenə başlamısan? Gördüm ki, bunun gözü o deyil. Onunla evlənəndən başıma minbir bəlalar açıb. Canlı yayımlar açırdı, bəziləri yazırdılar ki, sən narkotik istifadəçisinə oxşamırsan. Halbuki mən sübutları ortaya qoymuşdum. Çoxluq mənə inanmırdı, çünki deyirdilər ki, boşanandan sonra elə deyirlər və sairə. Amma mənim başıma həqiqətən bu hadisə gəlib. Bu gün də sübutudur ki, həbs olunub. Onu mənə görə həbs etməyiblər. Avqustdakı hadisələrdə tamam başqa adamla bağlı nələrsə dedi. Bu gün də onun əziyyətini çəkirəm. Nə isə. Pis oluram. Təəssüflənirəm ki, Uğurun belə bir atası var. Bir tərəfdən də sevinirəm ki, ilahi ədalət bərpa olundu. Mənə dedilər ki, Binəqədidədir, 206-cı maddə ilə həbs olunub. Mənə bir izləyicim yazmışdı, o demişdi ki, vəzifəli bir şəxsi döydüyü üçün həbs olunub. Sonra araşdırdım ki, maşında narkotik istifadə etdiyi üçün saxlanılıb. Mən yenə də dostumu göndərdim ki, bəlkə nəyəsə ehtiyacı var. Bizim ortaq tanışımızdır. Ona da icazə verməyiblər. Yenə mənim ürəyim, halbuki o bizi şərlədi ki, guya dostlarım qolundan tutub, mən də döymüşəm. Bizim cinayət işimiz davam edir. Çünki mənim üstümə bıçaq çəkmişdi. Bu, onun 2-ci həbsi imiş. Bir dəfə də narkotikə görə tutulubmuş".

Aysel həmçinin əlavə edib ki, E. Əsgərli oğlu Uğurun alimentini də ödəmir. O bununla bağlı müraciət etsə də, icraçı işə baxmayıb./olay



Xəbər 810 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +