Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


05.12.2023  20:32 

Masallıda konfrans keçirilib





A+  A-

Masallı Rayon Gənclər Evində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Masallı rayonu üzrə qazılığı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib.

Xəzərnews.az xəbər verir ki, konfransın işində QMİ-nin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Masallı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Abbas Abbaszadə, dini icma sədrləri , din xadimləri, ziyalılar və gənclər iştirak edib.

Tədbirdə şəhidlərin xatirəsi sükutla yad edilərək, Azərbaycan himni səsləndirilib.

Konfransı giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Abbas Abbaszadə bildirib ki, müasir Azərbaycan tarixinə nəzər saldıqca,milli mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

QMİ-nin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov qeyd etdi ki, müstəqillik dövrünün təməl daşı üzərində tarixi imzası olan ümummilli liderin Azərbaycancılıq ideologiyasının əsasını qoyaraq milli-mənəvi dəyərlər sistemini daha gücləndirmiş, onu aşımaqdan xilas etmişdir. Daha sonra R.Talıbov bildirib ki, mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın zəruriliyini nəzərə alan və hər zaman bu məsələyə daim önəm verən Heydər Əliyev bu sahədə inqilabi addımların atılmasına zəmin yaradıb.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli vurğulayıb ki, Heydər Əliyev mənəvi dəyərlərimizi təkcə milli kimliyimizin deyil, həm də siyasi ideologiyamızın – dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi.Sonra natiq qeyd edib ki, xalqımız 70 il sovet rejimində ateist təbliğatı şəraitində yaşasa da, öz milli-mənəvi dəyərlərini unutmamış, onları yaşatmışdır. Heydər Əliyevin göstərişi ilə Bibiheybət məscidi və ziyarətgahının,digər dini məkanların inşası və bərpası milli-mənəvi dəyərlərimizə böyük qayğısıdır.

Masallı rayon “Ziyalıar” icticai Birliyinin sədri Qardaş Fətullayev çıxışında bildirdi ki, Heydər Əliyev dini mərasimlərin və adət-ənənələrin layiqincə keçirilməsi üçün hər cür şərait yaradıb.Eyni zamanda Ulu öndər Azərbaycanda multikulturalizmin əsasını qoyub.
Daha sonra Masallı şəhər “Cümə” məscidinin imamı Məftun Hüseynov bildirdi ki,1994-cü ildə Səudiyyə Ərəbistanına rəsmi səfəri zamanı Müqəddəs Kəbəni ziyarət etməsi, Mirmövsüm Ağa ziyarətgahında din xadimləri və dindarlarla görüşməsi Ulu öndərin dini-əxlaqi dəyərlərə sadiqliyinin real təsdidir.

Konfransda QMİ-nin təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı videoçarx nümayiş olunub.












Xəbər 569 dəfə oxunub.




08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +