Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


21.11.2023  10:46 

Energetik içkilərin dozası... - Ölə bilərsiniz





A+  A-

Energetik içki qəbulundan sonra həyatını itirən və ya ürək-damar problemi yaşayan gənclər barədə faktlar az deyil.

Xəzərnews.az “Medicina”-a istinadən xəbər verir ki, rusiyalı həkim, professor Zuhra Pavlova orqanizmin energetiklərlə stimulə edilməsinin zərərindən danışıb.

“Energetiklərdə elə bir maddə var ki, orqanizmi, ürəyi öz imkanlarından daha yüksək və ağır rejimdə işləməyə məcbur edir.

İnsan yorulanda bu orqanizmin qoruyucu reaksiyasdır ki, insan dincəlməklə özünə zərər etməsin.

Bu zaman energetik içdikdə, biz bunları blok edib, daha da işləməyə davam edirik.

İnsanın yaşı, orqanizmindən asılı olaraq, istənilən doza ölümcül ola bilər.

Əgər insanda anevrizma varsa, energetik içki bu hissəyə təzyiq göstərib, onu yırta bilər.

Anevrizma aorta və baş beyin damarının divarının qabarması, torbalanması, nazilməsidir. Anevrizma yırtılması zamanı insan ölür.

Eləcə də ürək damarı və ritmində pozulma olanda, energetik içki təsirindən infarkt ola bilər.

Energetik içki miqdarı gündə 1 bankanı aşmamalıdır. İçkidən sonra bədəndəki dəyişikliyə fikir verin”.

Xəbər 2788 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +