16.11.2023  14:49 

Anatoli Sidorov yayılan xəbərləri təkzib edib





A+  A-

KTMT-nin Birləşmiş Qərargah rəisi Anatoli Sidorov Ermənistanın təşkilatdan çıxması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Xəzərnews.az erməni KİV-nə istinadən xəbər verir ki, telekörpü zamanı Ermənistanın təlimlərdə iştirak etməməsi ilə bağlı sualı cavablandıran Sidorov deyib:

“Müdrik dövlət başçıları Ermənistanın üzləşdiyi çətinlikləri həll etmək üçün bir yol tapacaqlar”.

Sidorovun sözlərinə görə, Ermənistan rəhbərliyindən təşkilatdan çıxmaqla bağlı heç bir rəsmi açıqlama verilməyib:

“Ermənistan Respublikasının KTMT-dən çıxması ilə bağlı heç bir bəyanat olmayıb, şəxsən mən heç bir sənəd görməmişəm. İştirakın bir qədər məhdud olması faktı istənilən vəziyyətdə inkişaf edə bilər. Biz qərarı (təlimlərdə iştirakla bağlı - red.) müzakirə etmirik”.



Xəbər 893 dəfə oxunub.



21.01.2025  20:05 

Türkiyədə matəm elan olundu

21.01.2025  18:08 

Meloni yenə diqqət çəkdi

21.01.2025  15:15 

Hərbçimiz vəfat etdi

21.01.2025  11:20 

685 gün İran zinadında...

21.01.2025  11:16 

Tramp 1500 nəfəri ƏFV ETDİ


BÜTÜN XƏBƏRLƏR +