Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər


14.11.2023  11:59 

Mənim üçün Qarabağ səhifəsi bağlanmayıb... - Robert Köçəryanın deputat oğlu





A+  A-

“Mənim üçün Qarabağın səhifəsi bağlanmayıb, baxmayaraq ki, çoxları deyir ki, Qarabağ artıq yoxdur, amma biz belə düşünməməliyik”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri noyabrın 14-də Ermənistan parlamentdə jurnalistlərlə söhbətində yeni seçilmiş deputat, sabiq prezident Robert Köçəryanın oğlu Levon Köçəryan deyib.

“Mən başa düşürəm ki, bu, çoxları üçün çətin və ya qeyri-real görünə bilər, lakin biz belə düşünməməliyik. Səhifəni qapalı hesab etməməliyik və geriyə dönüb onu açmaq üçün bir növ pəncərəmiz olmalıdır ki, bunun üçün Qarabağın subyektivliyini qorumaq çox vacibdir”, - deyə Köçəryan bildirib.

Onun sözlərinə görə, bu funksiya hakimiyyət orqanlarının üzərinə düşür.

“Qarabağ vətəndaşlarının bu tələbi onların vasitəsilə aydın formalaşdırılmalıdır. Qarabağın itirilməsində günahkar Ermənistan hakimiyyətidir. Bütün bunlar həm müharibənin nəticələrindən sonra, həm də yanlış qərarlar ucbatından baş verib”, - deyən deputat Qarabağ məsələsində birinci və əsas məsuliyyətin Ermənistan hakimiyyəti olduğuna əminliyini ifadə edib.


Xəbər 1011 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +