200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


08.11.2023  15:36 

“Qayıdışın mübarək” adlı bədii-musiqili gecə keçiriləcək





A+  A-

Noyabrın 14-də, saat 19:00-da Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “İgidlərin sözü” layihəsi çərçivəsində “Qayıdışın mübarək” adlı bədii-musiqili gecə keçiriləcək.

Xəzərnews.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaq bədii-musiqili gecə “8 noyabr - Zəfər günü”nün üçüncü ildönümünə həsr olunacaq.

Gecədə sözləri şair Arif Abdullazadəyə, musiqisi isə Əməkdar incəsənət xadimi Cavanşir Quliyevə məxsus “Şəhidlər andı”, Əməkdar artist Lalə Məmmədovanın ifasında isə sözləri şairə Nigar Həsənzadəyə (tərcümə: Salam Sarvan), musiqisi Xanım İsmayılqızına məxsus “Qayıdışın mübarək” adlı mahnılar ilk dəfə ifa olunacaq.

Musiqili-bədii gecədə Beynəlxalq Muğam Festivalının qaliblərindən Həzrət Əzizli, qazi şairlər və musiqiçilər çıxış edəcəklər.

Layihənin ideya müəllifi Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun Mədəniyyət, sosial və humanitar məsələlər komitəsinin sədri, şairə Nigar Həsənzadədir.

Qeyd edək ki, musiqli gecədən əvvəl Muğam Mərkəzinin foyesində Azərbaycan Dövlət Televiziyasının "Döyüşən rəssamlar" layihəsi çərçivəsində Qazi rəssamların əsərləri nümayiş etdiriləcək.

Tədbirə giriş sərbəstdir.

Xəbər 1436 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +