Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


05.11.2023  20:02 

Əvəz Zeynallı vəkillərdən imtina edib





A+  A-

“Xural TV” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı məhkəməsinin onun iştirakı olmadan keçirilməsinə görə vəkilləri Fəxrəddin Mehdiyev, Aqil Layıc və Rəşad Əliyevdən imtina edib. Çünki hakimlər Əvəz Zeynallının məhkəmə zalından uzaqlaşdırılması haqda qərar qəbul eləsə də, onun vəkillərinin prosesdə iştirakı məcburidir. Ona görə də Əvəz Zeynallı məhkəməyə ərizə verib ki, özünün iştirak etmədiyi prosesdə vəkillərinin də iştirakını istəmir. Bu üzdən onların prosesdə müdafiəçi kimi iştirakına xitam verilməsini xahiş edir.

Xəzərnews.az Meydan TV-yə istinadla xəbər verir ki, noyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əvəz Zeynallı, eləcə də onunla birlikdə mühakimə olunan “Səda TV” adlı “Youtube” kanalının idarəedicisi Elnur Şükürovun işinə baxan hakimlər kollegiyası vəkillərdən imtina ərizəsini qəbul edib. Beləliklə, “Xural TV”nin həbsdə olan rəhbəri vəkilsiz qalıb.

Noyabrın 3-də məhkəmədə Əvəz Zeynallı ilə şahid kimi dindirilən “Baku Steel Company” MMC-nin keçmiş rəhbəri, 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovla mübahisə, qarşılıqlı təhqirlər olub. “Xural TV” rəhbərilə prokuror Eldar Həmzəyev arasında da mübahisə yaşanıb. Prokuror məhkəmənin onun iştirakı olmadan keçirilməsini istəyib. Əli Məmmədov, Azad Məcidov və Səbinə Məmmədzadədən ibarət hakimlər kollegiyası bundan sonrakı məhkəmə iclaslarının onsuz keçirilməsi haqda qərar qəbul edib.

Noyabrın 4-də keçirilən məhkəmə iclasına bu üzdən Əvəz Zeynallını gətirilməyib. Onun vəkili Rəşad Əliyev qərara dəyişiklik edilməsini, məhkəmənin Əvəz Zeynallının iştirakıyla keçirilməsini istəyib. Lakin hakimlər vəkilin bu barədə vəsatətini təmin etməyib.

Məhkəmə prosesinə sədrlik edən hakim Əli Məmmədov deyib ki, artıq qərar verilib və dəyişməyəcək.

“Məhkəməyə hörmətsizlik edir, şahidi, prokuroru təhqir edir”, – hakim bildirib.

Bu zaman Əvəz Zeynallının məhkəmə zalında olan anası xatırladıb ki, Rasim Məmmədov 185 milyonluq mənimsəmə və başqa cinayətlərə görə 14 il azadlıqdan məhrum edilib: “Quldura quldur deyərlər də…”.

Hakim Əvəz Zeynallının anasının zaldan çıxarılmasına qərar verib. Buna etiraz olaraq, prosesi izləməyə gəlmiş digər dostları və qohumları də məhkəmə zalını tərk edib.

Ardınca vəkillər Rəşad Əliyev və Aqil Layıc bildirib ki, hüquqlarını müdafiə etdikləri şəxs onsuz keçirilən məhkəmə iclaslarında vəkillərinin də iştirakını istəmir. Bu əsasla da onlardan imtina edir. Şəxs imtina etdiyi halda, vəkilin prosesdə müdafiəçi kimi qalması doğru olmaz.

Hakimlər qərar verib ki, bu məsələnin müzakirəsi üçün Əvəz Zeynallı məhkəmə zalına gətirilsin.

Zala gələn Əvəz Zeynallı bildirib ki, məhkəmədə onun hüquqları pozulur. Bu prosesdə prokuror və hakim özünü “inkvizitor” kimi aparır.

“Siz yalan danışırsınız. Prokuror məni təhqir edib, mən də ona cavab vermişəm.

Neyləməliydim? Mənim iştirakım olmadan məhkəməmi keçirirsiz. Siz neyləmək istəyirsiz? Keçmiş dövrə qayıtmısınız? Burada prokuror inkvizitordur. Elə hakim də…”.

Məhkəmə prosesində ittihamı müdafiə edən prokuror Eldar Həmzəyev Əvəz Zeynallının “inkvizitor” ifadəsinə görə ona xəbərdarlıq edilməsini istəyib.

Əvəz Zeynallı isə bildirib ki, məhkəmə prosesi əvvəlki qaydada keçirilməlidir. O, həmçinin vəsatəti olduğunu deyib.

Məhkəmə prosesində fasilə elan olunub. Daha sonra hakim Əli Məmmədov deyib ki, Əvəz Zeynallı yalnız vəkillərdən imtina məsələsinin müzakirəsi üçün məhkəmə zalına gətirilib. Ona görə də ancaq bu məsələ müzakirə oluna bilər:

“Ərizə varsa, təqdim edin, müzakirə edək. Başqa məsələ müzakirə oluna bilməz”.

Əvəz Zeynallı məhkəməyə vəkillərdən imtina ərizəsini təqdim edib.

Prokuror bildirib ki, vəkillərdən imtina etmək onun hüququdur. Amma sonradan məhkəmə dövlət hesabına ona vəkil təyin olunması məsələsinə baxa bilər.

Hakimlər yerində müşavirə edərək, Əvəz Zeynallının vəkillərinin iştirakına xitam verilməsi haqda qərar qəbul edib.

Əvəz Zeynallı özünün daha bir vəsatəti olduğunu deyib. Lakin hakim bildirib ki, o, yalnız vəkil məsələsinə münasibət bildirmək üçün zala gətirilmişdi.

“Sifariş gəlib bunlara artıq. Ona görə belə əl-ayağa düşüblər”, – Əvəz Zeynallı hakimlərin və prokurorun davranışına münasibət bildirib.

Məhkəmə prosesi noyabrın 24-də davam edəcək.

2022-ci ilin sentyabrından həbsdə olan Əvəz Zeynallı və Elnur Şükürov rüşvət alma, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə və s. əməllərdə ittiham olunur. Lakin heç biri özünü təqsirli bilmir.

Əvəz Zeynallı siyasi sifarişlə, onu susdurmaq üçün şərlənib həbs olunduğunu bildirir. Elnur Şükürov isə Əvəz Zeynallının əleyhinə tələb olunan ifadəni vermədiyinə görə həbs edildiyini deyir.

Xəbər 391 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +