“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


26.10.2023  15:07 

Müğənni vaxtilə özünə saxta toy etdiyini - Açıqlayıb





A+  A-

Tanınmış teleaparıcı Zaur Nəbioğlu canlı efirdə müğənni Kəmalə Nəsibovanı pis vəziyyətə salıb. Belə ki, aparıcı efirdə ifaçının saxta toy etməsini üzə çıxarıb.

Xəzərnews.az xəbər verir ki, o, "Bizə faktlarla xəbər çatıb ki, Kəmalə Nəsibova özünə saxta, qurama toy edib" - deyə müğənniyə müraciət edib.

İfaçı dəfələrlə sualdan yayınmağa çalışsa da, aparıcı onu etiraf etməyə məcbur edib.

Müğənni vaxtilə özünə saxta toy etdiyini açıqlayıb:

"Həyatda saxta insan deyiləm. Səmimi insanam. Oğlumun atası belə məsləhət görüb. Yəni toyum saxta olmayıb. Amma düzəliş olub. Bəy kürsüsündə əyləşən şəxs mənim həyat yoldaşım olmayıb. Toyum 20 yaşımda olub. Uşaq olmuşam. Oğlumun atası məni o qədər sevirdi ki... O, elə məsləhət görüb. Bu haqda isə ətraflı danışmaq istəmirəm. Amma toyda saxtalıq olmayıb. Xalq artistlərinin iştirakı ilə məclis keçib.

Oğlum nikahlı dünyaya gəlib. O qədər düşmənlərim var ki... Məni canlı efirdə vurmaq üçün kimlərsə bunu edir.

Mən oğlumun atası ilə yaşayıram. Oğlumun atası bizə baxır. Bəy kürsüsündə oturan şəxs övladımın bioloji atası deyil. Mən oğlumun atası ilə "Əsli Kərəm" olmuşam. Onun valideynləri isə icazə verməyiblər ki, biz evlənək. Biz evlənəndə oğlumun atası da subay olub. Övladımın atasının kim olmasını da heç kim heç zaman bilməyəcək. O məsələlər mənə aiddir".

Xəbər 1164 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +