Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


26.10.2023  11:18 

QDİƏT-in turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib





A+  A-

25 oktyabr 2023-cü il tarixində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Turizm üzrə işçi qrupunun video-konfrans formatında keçirilmiş iclası Dövlət Turizm Agentliyinin nümayəndələrinin iştirakı ilə baş tutub.

Xəzərnews.az xəbər verir ki, Azərbaycanın sədrliyi ilə təşkil edilmiş iclasda açılış nitqləri QDİƏT-in baş katibinin müavini Dimitrios Rallis və Dövlət Turizm Agentliyinin Aparatının rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəlil Məlikov tərəfindən səsləndirilib.

İclasda Azərbaycan nümayəndə heyəti tərəfindən ölkəmizin təşkilata sədrlik edəcəyi 2023-2024-cü illər üzrə Tədbirlər Planı müzakirəyə çıxarılıb. Həmçinin iştirakçı üzv dövlətlərin turizm sahəsi üzrə maraqlarına dair müvafiq məsələlərə və birgə həyata keçirilə biləcək layihələrə dair fikri mübadiləsi aparılıb, iclasın yekunların dair hesabat sənədi təsdiq edilib. İşçi qrupunun növbəti iclasının cari ilin dekabr ayında keçirilməsi qərara alınıb.

İclasda təşkilata üzv dövlətlərdən Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Yunanıstan, Rumıniya, Rusiya, Serbiya, Moldova və Ukrayna kimi ölkələr təmsil olunublar.

Xəbər 3036 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +