“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


23.10.2023  18:12 

DİN yanında İctimai Şuranın növbəti iclası keçirilib





A+  A-

Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Xəzərnews.az xəbər verir ki, İctimai Şuranın sədri Əliməmməd Nuriyev gündəliyə daxil edilən məsələlərlə bağlı Şura üzvlərinə məlumat verib.

İclasda “İctimai Şuranın 2023-2025 ci illər üçün Fəaliyyət Planının layihəsininin müzakirəsi və qəbulu”, “8 noyabr Zəfər Günü münasibəti ilə baglı şəhid ailələrinin ziyarət edilməsi” və cari məsələlərə baxılıb.

Şuranın sədri Əliməmməd Nuriyev Fəaliyyət Planı ilə bağlı Şura üzvlərinə məlumat verib.

Daha sonra Fəaliyyət Planına dair Şura üzvlərinin fikir və təklifləri dinlənilib.

Aparılan müzakirələrdən sonra DİN yanında İctimai Şuranın 2023-2025 ci illər üçün Fəaliyyət Planı qəbul edilib.

İctimai Şura üzvləri eyni zamanda 8 noyabr - Zəfər günü münasibəti ilə baglı şəhid və qazi polislərin ailələrinin ziyarət olunması ilə bağlı qərar qəbul edib.

Daha sonra cari məsələlər müzakirə edilib.

İclasda Daxili İşlər nazirinin məsul əməkdaşı, polis polkovniki Ramiz Əlişanov iştirak edib.



Xəbər 932 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +