Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


16.10.2023  16:39 

“Etnik təmizləmə 30 il əvvəl azərbaycanlılara qarşı törədilib” - Sabir Rüstəmxanlı





A+  A-

“Etnik təmizləmə”, mülki şəxslərə qarşı zorakılıq Ermənistanın 30 il əvvəl azərbaycanlılara qarşı törətdiyi bir hərəkətdir”

Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən “Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə” Avropa Forumunda iştirakı zamanı Avropanın nüfuzlu eutoday.net saytına müsahibə verib.

Müsahibənin tərcüməsini (https://eutoday.net/sabir-rustamkhanli-azerbaijan) diqqətinizə çatdırırıq.

– 2023-cü ilin sentyabrında Qarabağ bölgəsinin erməni əhalisinin Azərbaycan tərəfindən “etnik təmizləməyə” məruz qalması ilə bağlı çoxlu iddialar var. Bu tipli bəyanatları necə qiymətləndirərdiniz?

– Bunlar tamamilə uydurma və regionda gərginliyi saxlamaqda maraqlı olan tərəflərin iddialarıdır. Özünüz düşünün, Azərbaycan illərdir öz ərazi bütövlüyünü bərpa etmək üçün bütün siyasi və diplomatik imkanlardan istifadə edib. Təəssüflər olsun ki, bütün beynəlxalq ictimaiyyətin çağırışlarına və müvafiq beynəlxalq təşkilatların vasitəçiliyinə baxmayaraq, 30 ildir ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmayıb. Əksinə, müntəzəm olaraq qarşı tərəf ölkəmizə qarşı ərazi iddialarını davam etdirib. Bütün bunlardan sonra Azərbaycan 2020-ci ildə beynəlxalq hüququn özünümüdafiə prinsipi əsasında öz ərazilərini işğaldan azad etməyə nail olub. Münaqişənin bütün yaralarına və ağır nəticələrinə baxmayaraq, Azərbaycan yenə də sülh çağırışlarını davam etdirdi və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipini vurğulayaraq Ermənistana sülh təklif etdi. Sizcə, bu cür qətiyyət nümayiş etdirən bir ölkə, dediklərini əməlləri ilə göstərən bir ölkə bütün dünya qarşısında belə qeyri-konstruktiv addım ata bilərmi? Əlbəttə yox. Bizim niyyətimiz qanunun aliliyini, beynəlxalq hüquq prinsiplərini qorumaq və ölkə əhalisinin rifahını təmin etməkdir. Qarabağ bölgəsinin erməni sakinləri də bizim vətəndaşlarımızdır. Əvvəllər deyildiyi kimi, Azərbaycan bu ermənilərin reinteqrasiyasında öz sözünə sadiqdir. “Etnik təmizləmə”, mülki şəxslərə qarşı zorakılıq aktıdır, bu, Ermənistanın 30 il əvvəl azərbaycanlılara qarşı törətdiyi bir hərəkətdir. Amma bu o demək deyil ki, biz eyni şeyi təkrar edəcəyik. Qarabağ bölgəsində erməni mülki əhaliyə qarşı heç bir zorakılıq olmayıb. Bunu ermənilərin özləri də təsdiqləyirlər. Biz onları həmişə Azərbaycan vətəndaşı hesab etmişik, lakin təəssüf ki, qanunsuz separatçı qurum mövcud olduğu müddətdə onlarla birbaşa əlaqə saxlamaq mümkün olmayıb. Ermənistanın Qarabağ bölgəsindəki qanunsuz silahlı dəstələri silahlarını yerə qoyub təslim olacaqlarını bəyan edən kimi Azərbaycan Qarabağın erməni sakinləri ilə danışıqlara başladı və bu danışıqlar məhsuldar oldu. İndi gündəliyimizdəki ən mühüm məsələ Qarabağın yerli erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasıdır. Azərbaycan reinteqrasiya prosesini həyata keçirmək əzmindədir. Qarabağ bölgəsinin erməni sakinlərinə qarşı heç bir zorakılıq və ya vəhşilik halı olmayıb. Bunu erməni sakinlərin özləri də təsdiqləyir. Bundan başqa, BMT-nin Qarabağ bölgəsinə səfər etmiş nümayəndələrinin oktyabrın 1-dən müəyyən hesabatı var. Missiya mülki ictimai infrastruktura, o cümlədən xəstəxanalara, məktəblərə və yaşayış binalarına, habelə mədəni və dini obyektlərə heç bir ziyan vurulmadığını təsdiq edib. Atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq halları ilə bağlı Missiyaya müsahibə verən yerli sakinlərdən və ya həmsöhbətlərdən heç bir şikayət daxil olmayıb. Bundan əlavə, missiya Ağdamdan keçərkən Ermənistanın işğalı dövründə həmin şəhərdəki dağıntıları və minalardan təmizlənmə işlərini görüb, sinə, eləcə də Azərbaycan hökuməti tərəfindən həyata keçirilən yenidənqurma işlərini də müsbət qiymətləndirib.

– Etnik ermənilərin təhlükəsizliyini təmin etmək və yaşayış şəraitini yaxşılaşdırmaq üçün rəsmi Bakı hansı tədbirləri görüb?

– Bakıda Qarabağ bölgəsinin etnik erməni sakinlərinin reinteqrasiyası ilə bağlı humanitar və sosial-iqtisadi məsələlərin həlli üçün rəsmi işçi qrup yaradılıb. Sentyabrın 21-də Yevlaxda keçirilən görüşdə bölgənin erməni sakinlərinin nümayəndələrinin müraciəti əsasında Qarabağa yanacaq, ərzaq və digər yardım vasitələri gətirilib, əsasən də uşaq bağçalarına və təcili tibb müəsisələrinə yardımları üstünlük verilir. Artıq bölgəyə on tonlarla humanitar ləvazimatlar, ilk növbədə ərzaq və digər zəruri məhsullar çatdırılıb. İnfrastrukturun bərpasında mühüm mərhələ sentyabrın 24-də Xankəndinin Azərbaycanın elektrik şəbəkəsinə uğurla qoşulması ilə əldə edilib. Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin Azərbaycan vətəndaşı kimi elektron qeydiyyatına başlanılıb.

Xəbər 868 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +