Ərdoğan Viktor Orbanla görüşüb
DSX-nin kapitanı həbs edildi
İş adamı dələduzluqla üzləşib- FOTO
Azərbaycanda futbol təxirə salındı
Xaçatryan bu ölkəyə səfər edəcək
AFFA Nuraya icazə verdi... - Oynaya biləcək
Əməliyyat: DSX-nın bölmə rəisi və nəzarətçisi saxlanılıb
Vətəndaşdan ondan, o, vətəndaşdan narazıdır
Fikir ayrılıqları var, amma... - Abbas Əraqçi
Eldar Abbasov vəzifəsindən azad edilib


28.09.2023  09:36 

Generalın oğlu Vardanyanı həbs edə bilməz? - BİABIRÇILIQ!





A+  A-

Xəbər yayılıb ki, sən demə, Vardanyanın qoluna girib şəkil çəkdirən cavan oğlan Dövlət Sərhəd Xidmətinin rəhbəri, general Elçin Quliyevin oğludur. Bu “piarı” kim Elçin Quliyevə təklif edibsə, onu istəməyən adamdır. Hətta bəlkə də generalın bu ucuz şouya görə başı da ağrıyacaq.

Deyə bilərlər ki, bəyəm, generalın oğlu Vardanyanı həbs edə bilməz? Bilər, ancaq birinci fotoda, Vardanyanın həbs edilmə anında biz nədənsə, Vardanyanın qoluna girən cavan oğlanı heç görmürük. Deməli, generalın oğlu yalnız poz verib, şəkil çəkdirmək lazım olanda ortaya çıxıb. DSX-nın öz loqosu ilə yaydığı fotoda generalın oğlu Məmməd Quliyevin və polkovnik Azər Şirinovun Vardanyanın qoluna girdiyi əks olunur.

Belə bir həssas məqamda, 200-ə yaxın şəhidin kim olduğu yenicə dəqiqləşdiyi bir gündə, bu cür böyük bir uğuru hansısa generalın oğlunun adına yazmaq cəhdinin bir adı var - BİABIRÇILIQ!

Bəlkə də, Elçin Quliyevin heç bu şəkilin çəkilməsindən xəbəri olmayıb. Tabeçiliyində olan hansısa yüksək çinli zabit ona yarınmaq üçün belə “piar” strategiyası fikirləşib.

Ancaq qulaqlarını açıb eşitsinlər ki, bütün bu reallıqlar və onun tərkib komponenti olan Vardanyanın həbsi: Azərbaycan Dövləti, ona rəhbərlik edən Prezident, Şanlı Ordumuz, Şəhidlərimiz və Qazilərimiz hesabına mümkün olub.

Heç olmasa, bu məsələdə kasıb-kusubun haqqına girməyin!




Məhəmmədəli Qəribli



Xəbər 5206 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +