“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
İlham Əliyev filippinli həmkarını təbrik edib
Ankaranın BRICS planı işə düşdü- Kağız üzərindəki müttəfiqlər çaşqınlıq içində- Rusiya və Çin isə...- SENSASİYA
İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihənin icrasına başlayıb
Prezident beynəlxalq sərgidə çıxış edib... - Bakıda
Sərdarlı ailəsi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzini ziyarət edib - fotolar
Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini


14.09.2023  16:39 

Məşqçi ilə ana sevgili olub, ayrılıblar - İddia





A+  A-

Sumqayıt şəhərində məşq zamanı 7 yaşlı uşağın ölümündə təqsirləndirilən idmançı Mehman Xəlilovun məhkəməsində şok faktlar üzə çıxıb.

XəzərNews.az bildirir ki, "News24.az"ın iddiasına görə, sonuncu məhkəmə prosesində məlum olub ki, 7 yaşlı uşağın anası Aynurə Məlikova ilə Mehman Xəlilov bir müddət sevgili olub. Hadisədən 3 ay əvvəl onların mübahisəsi yaranıb və ayrılıblar. A. Məlikova iddia edib ki, M.Xəlilov ondan qisas almaq məqsədi ilə 7 yaşlı uşağa xəsarətlər yetirib.

M. Xəlilov isə məhkəmədə iddianı təkzib edib. O bildirib ki, 7 yaşlı uşağa xəsarət yetirmək fikri olmayıb:
"Mən uşağı öldürmək və ya ona xəsarət yetirmək istəsəydim niyə bunları kamera qarşısında edirdim? Mən uşaqdan niyə qisas alım? Mənim uşağa xəsarət yetirmək fikrim olmayıb".

Qeyd edək ki, ittihama görə, aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

M.Xəlilova qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, barəsində həbs qətimkan tədbiri seçilib. İbtidai istintaqın sonunda onun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adamöldürmə) və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələrinə tövsif edilib.

Xəbər 1386 dəfə oxunub.




15.06.2024  18:28 

İran Fransaya donosçuluq edir

14.06.2024  12:38 

Sabahdan bayram tətili başlayır


BÜTÜN XƏBƏRLƏR +