Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


04.09.2023  18:05 

Vergi borcu xidməti elektronlaşdırıldı - Yenilik





A+  A-

Dövlət satınalmalarında iştirak edən sahibkarlar tərəfindən vergi borcu haqqında arayışın təqdim olunması xidməti elektronlaşdırılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış edib.

O.Gündüz bildirib ki, təqdim edilən arayış “etender.gov.az” portalı vasitəsilə real vaxt rejimində yoxlanılacaq və istifadəçiyə dərhal məlumat veriləcək:

“Xidmətin elektronlaşması Antiinhisar Dövlət Xidməti və DVX bazalarının inteqrasiyası əsasında mümkün olub.

Xatırladıram ki, indiyədək sahibkarlar bu xidməti DVX -yə müraciət etməklə kağız formada əldə edirdilər.

Bir həftə ərzində alınan bu arayışı sahibkarlar scan edərək portala yükləyirdilər.
Xatırlayıram ki, məhz bu arayışın təqdim edilməməsinə görə çox sayda sahibkarlar bəzən tenderdə iştirak edə bilmirdilər .

Böyük resurslara malik olan, rəqəmsallaşma səviyyəsi yüksək olan DVX-nin çox gec də olsa vergi borcu xidmətini elektronlaşdırması təqdirəlayiqdir”.

Xəbər 3694 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +