Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


04.09.2023  17:45 

Pul bazası son 2 ayda niyə azalmaqda davam edib?





A+  A-

“Azərbaycanda pul bazası son 2 ayda azalmaqda davam edib. Belə ki, bu il iyun ayının sonlarında ölkədə 18 milyard 401 milyon manat pul bazası qeydə alınsa da, bu göstərici 31 iyul tarixinə 18 milyard 262 milyon, avqustun son gününə isə 18 milyard 116 milyon manat olub. Bu o deməkdir ki, son 2 ayda pul bazası 285 milyon manat kiçilib. Bununla belə, son azalmalara baxmayaraq, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 3,8 % artıb”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə millət vəkili Vüqar Bayramov çıxış edib.

V.Bayramov bildirib ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir:

“Pul bazasının kiçilməsi inflyasiya tələbinin optimallaşdırılması ilə bağlı tədbirlər ilə əlaqədar olduğu güman edilir. Belə ki, pul bazasının genişlənməsi tələbi artırır, kiçilməsi isə istehlak tələbini məhdudlaşdırır. Bununla belə, pul bazasının kiçilməsi real sektorun vəsaitə olan tələbinin ödənilməsi baxımdan arzuolunan deyil. Baza genişləndikcə xərcləmələr və real sektorda tələb də yüksəlir. Bu da istehsal üçün daha çox imkanlar yaradır. Bu baxımdan, pul bazasının optimallığı həm inflyasiya yaradıcı effektlərin tənzimlənməsinə, həm də real sektorun dəstəklənməsinə xidmət etməlidir”.

Xəbər 3526 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +