Kikboksçu qadın restoranda həmcinsini niyə döyüb?
Səfirimiz geri çağrıldı
Qazaxıstanda həbslər: Nazir və iş adamı saxlanıldı
Azərbaycanda hava yağışlı keçəcək - Sabah
Gəliri bir ildə 20 milyon manat azalıb
“İş bağlanıb, hara istəyirsən şikayət elə!”
Rusiya paraflanmış sazişə nikbin yanaşır - Overçuk
Overçuk Azərbaycanda saxlanılan ruslardan danışdı
DİM yeni tələbə olanlara müraciət etdi
Astara İcra Hakimiyyətinin tenderi ləğv edilib


17.08.2023  12:32 

Baş prokuror Kəlbəcər və Laçına getdi





A+  A-

Avqustun 16-da Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Kəlbəcər və Laçın rayonlarında səfərdə olub.

XəzərNews.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadla xəbər verir ki, səfərdə nümayəndə heyətini Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və Müdafiə Nazirinin müavini - Quru Qoşunlarının komandanı Ənvər Əfəndiyev müşayiət edib.
Səfər çərçivəsində nümayəndə heyəti Kəlbəcər rayon, Kəlbəcər və Laçın hərbi prokurorluqlarının əməkdaşları ilə görüşlər keçirib, onların iş şəraiti ilə yaxından tanış olub.

Görüşlərdə çıxış edən Baş prokuror Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prokurorluq orqanlarının inkişafına daim diqqət göstərdiyini vurğulamaqla, işğaldan azad edilmiş rayonlarda xidmət edən prokurorluq əməkdaşlarının fəaliyyətinin daha səmərəli və peşəkar təşkil edilməsi üçün maddi-texniki təminat və təchizatın günbəgün daha da yaxşılaşdırıldığını bildirib, onlara tapşırıq və tövsiyələrini verib.

Həmçinin, səfər çərçivəsində Baş Prokurorun rəhbərliyi ilə nümayəndə heyəti Kəlbəcər və Laçın rayonlarında yerləşən hərbi hissələrdə hərbçilərlə görüşüb, onların xidmət və məişət şəraiti ilə maraqlanıb.

Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi-siyasi zəfərin əhəmiyyətindən bəhs edib.

Daha sonra xidmətdə fərqlənən hərbi qulluqçulara Baş Prokuror tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

Xəbər 2990 dəfə oxunub.




04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı

04.09.2025  10:00 

Yeniyetmə su kanalında boğulub


BÜTÜN XƏBƏRLƏR +