Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


15.08.2023  15:45 

“Sakinlər ciddi narazılıq edir, başçı etimadı itirib”





A+  A-

“Prezident İlham Əliyevin Qərb bölgəsinə səfəri zamanı diqqəçəkən bir məqam oldu. Prezident Tovuz rayonuna getmədi. Adətən ölkə başçısı bölgə üzrə səfərlərə çıxanda orada yerləşən bütün rayonlara baş çəkir”.

XəzərNews.az xəbər verir ki, bu barədə əslən Tovuzdan olan jurnalist Arifə Əliyeva çıxış edib.

A.Əliyeva bildirib ki, görünür, Tovuzdakı vəziyyət, daha doğrusu icra başçısı Məmməd Məmmədovun fəaliyyəti barədə artıq Prezident Administrasiyasında da məlumatlıdırlar:

“Sakinlər ciddi narazılıq edir. Bəlkə hər gün rayondan şikayət məktubları alırıq. Mediaya şikayət ünvanlanırsa, deməli, yuxarı instansiyalara da belə məktublar göndərilir.

Tovuz bu gün demək olar ki, rayonda fəaliyyət göstərən güc strukturlarının hesabına ayaqdadır. Yəni, onlar rayon üçün yerli icra hakimiyyətindən daha çox iş görürlər.

Prezidentin Tovuza getməməsi də Məmməd Məmmədovun artıq etimadını itirməsi kimi qiymətləndirilə bilər. Məncə, o, artıq karyerasının son akkordlarını vurur”.

Xəbər 3301 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +