Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


07.08.2023  15:28 

“Hardan bilim ki, 6 saylı Xəstəxana xaraba imiş?“ - Şikayət





A+  A-

Azərbaycanın ilk riyaziyyatçı qadın elmlər doktoru və ilk professoru, Əməkdar müəllim, ehtimal nəzəriyyəsi sahəsində tanınmış alim Tamilla Nəsirova aylarla xəstəxanada komada qaldıqdan sonra vəfat edib. Onun müalicəsində yol verilən həkim səhlənkarlığı ilə əlaqdəar oğlu Şahin Baxşıyevin tələbi ilə prokurorluqda araşdırma başlanılıb. Amma Məhkəmə Tibbi Ekspertizasının verdiyi rəyə görə prokurorluq işə xitam verib. Çünki rəydə həkimlərin günahı olmadığı bildirilir.

XəzərNews.az xəbər verir ki, Şahin Baxşiyev Bakupost.az -a şikayət məktubu ünvanlayan anasının 6 saylı xəstəxanada başına gətirilənlərdən danışıb.

O, qeyd edib ki, ötən ilin dekabrında evdə anasının halı pisləşib, onu təcili yardımla 6 saylı şəhər xəstəxanasına aparıblar. Tamilla xanımın 85 yaşı olsa da, onun sağlamlığı yerində olub. Oğlunun dediyinə görə, onlar uzunömürlü nəsildəndirlər:

"Təsəvvür edin, göstəriciləri, ürək fraksiyası 55 idi. Xəstəxanaya daxil olanda “tranzitor işemik atak” yazdılar. 2 gün reanimasiyada saxlayıb, palataya köçürdülər. Bizə deyildi ki, yaxşıdır, ciddi bir şey yoxdur.
Ona nevroloq-həkim Bella İbrahimova baxırdı, reanimasiya həkimi isə Nərminə Məmmədova idi. Anam getdikcə pisləşdi, səhlənkarlıqdan infeksiya saldılar, böyrəklərini sıradan çıxardılar.

Xəstəxanaya baş beyinin qan dövranının pozulması diaqnozu ilə gəlsə də, sepsis səbəbindən vəfat etdi”.

Şahin Baxşıyev bildirir ki, anasının ağırlaşdığını görüb, Gömrük Hospitalı ilə danışaraq, xəstəni təcili oraya köçürmək qərarı verib. Amma 6 saylı Xəstəxananınn baş həkimi, müalicə həkimləri xəstənin çıxarılmasına mane olublar:

“Bizi palataya da buraxmırdılar. Xəstələr aşağı düşməli idi, anam düşə bilmirdi. Amma həkimlər deyirdilər, yaxşıdır.

15 gün ərzində insult oldu yenidən. Bunu bizdən gizlətdilər və anam komaya düşdü. Biz direktorun, şöbə müdirinin yanına qalxdıq, əlavə həkimlər gətirdik. O həkimlərdən biri dedi ki, xəstə komadadır, xəbəriniz var? Axırda gördüm ki, anam 1 gün də bu xəstəxanada qalsa, öləcək. Sanki vaxtı uzadırdılar.

Xəstəxanadan çıxaranda xəstəlik tarixçəsini, epikrizi dəyişdilər, EnsefAlopatiya, insulta bənzər gediş yazdılar. Mən tranzitar insult gedişinin olub-olmamasını bilmək üçün MRT tələb etdim. Xəstəni 8-9 gün sonra MRT etdilər və orda beyində insult görünmədi.

Kreatini qalxmışdı, prokalsion çox yüksək idi. Gömrükdə belə o infeksiyanın nə olduğunu tapa bilmirdilər, dəqiqləşdirilməmiş infeksiya və bu infeksiyaya bağlı böyrək çatışmamazlığı yazdılar.
Amma anam palataya köçürüləndə bu göstəriciləri qaydasında idi.

Palatada kateteri çox saxlayıblar, orda xəstənin sidik və qanına nəzarətdə etməyiblər, analizləri gec götürüblər. Mən hardan bilim ki, 6 saylı Xəstəxana xaraba imiş? Mən Bella həkimə güvənib ora getmişdim. 15 gün ərzində bir dəfə infeksiyadan analiz götürmədi. Görəndə ki, xəstə sidiyə çıxmır, onda ayılıblar".

Şikayətçinin sözlərinə görə, xəstəxanda bu məsələni ört-basdır etmək üçün çox çalışııblar:

"Gözləyirdilər ki, 3 günə xəstə komaya düşüb ölsün, özləri xəstəlik tarixini dəyişib möhürləsinlər".

Şikayətçi qeyd edib ki, Tamilla Nəsirova 50 gün Gömrük Hospitalında, daha sonra Neftçilər Xəstəxanasında qaldıqdan sonra vəfat edib.
Oğlunun dediyinə görə, bu neçə ayda xəstənin müalicəsinə 80 min manata yaxın pul xərclənib:

“Şikayət etmədiyim yer qalmayıb. Prezident Administrasiyası, Səhiyyə Nazirliyinə də müraciət etmişəm. Prokurorluq iş açmışdı, amma ekspertlər həkim həmrəyliyi göstərərək, onların lehinə rəy verib.
Səhiyyə nazirliyinin möhürü olan ölüm kağızı var ki, anam sepsisdən rəhmətə gedib. Onu qəbul etmirlər, amma saxta epikrizləri, tibbi sənədləri əsas götürürlər. Xəstə sepsislə ölübsə, sepsisə nə səbəb olub, niyə sepsis olub, bunlarıaraşdırmırlar. Hazırda ekspertlərin rəyindən şikayətçiyəm. Rəyi imzalayanlar Cavid Cahangirli, Rauf Cəfərquliye və Rafiq Nuriyevdir".

Bu işlərə obyektiv baxmırlar bizim ölkədə. Mədəni surətdə yola verirlər. Müstəntiq reanimasiya müdirinə sual verir ki, xəstənin 2 gün ərzində halı necə olub? Cavab budur ki, orta ağır. Bella isə deyir ki, ağır və orta ağır.

Yaxşı, əgər xəstə ağır idisə, niyə 2 gündən sonra palataya çıxarmısan? Deməli, reanimasiyalıq xəstə olmayıb. Reanimasiyada 1 həftə də qala bilər. Amma müstəntiq sualı davam etdirmir ki, ay həkim, orta ağır xəstəni niyə ciddi reanimasion nəzarətdə saxlamamısan?

Mənsə deyirəm, xəstənin halı yaxşı olub. Beynində heç bir insult ocağı da olmayıb. Xəstəyə infeksiya salıblar, böyrəklərin işi pozulub. Bu məsələnin ədalətli araşdırılmasını tələb edirəm”.



Xəbər 2060 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +