“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


04.08.2023  18:06 

Maliyyə yoxdur, amma nazir 130 min manatlıq “Lexus” alıb





A+  A-

“Naxçıvan MR Səhiyyə Nazirliyi bu yaxınlarda dövlət büdcəsi hesabına təxmini dəyəri 130 min manat olan “Lexus” markalı avtomobil alıb. Həmin avtomobil aprel ayından bəri nazir səlahiyyətlərini müvəqqəti icra edən Samiq Sadıxovun xidmətinə verilib. Lakin, nazirlik maliyyə çatışmazlığını bəhanə gətirərək dövlət xəstəxanalarını lazımi tibbi avadanlıqlarla, vacib dərmanlarla təmin etmək istəmir”.

XəzərNews.az xəbər verir ki, bu haqda “Gündəlik Naxçıvan”a bir qrup səhiyyə işçisi məlumat verib.

Onlar deyir ki, avadanlıqların çatışmaması ucbatından xəstələr ağır vəziyyətə düşür, bəzən isə həyatlarını itirirlər.

Şikayətçilərin sözlərinə görə, yerdə qalan avadanlıqların xeyli hissəsi də yararsız vəziyyətdədir. Naxçıvan MR Mərkəzi Xəstəxanasının həkimləri deyir ki, bu problemdən əsasən ürək xəstələri əziyyət çəkir:

“Xəstəxanada EXO və EKQ müayinəsi üçün aparatlar işləmir. Bu səbəbdən xəstələri özəl klinikalara göndərməli oluruq. Orda isə, baha olduğundan imkansız xəstələr gedə bilmir. Bu da onların vəziyyətinin ağırlaşmasına, bəzən də ölümünə səbəb olur. Səhiyyə Nazirliyinə dəfələrlə müraciət etsək də, maliyyə çatışmazlığını bəhanə gətiriblər. Maliyyə yoxdursa, nazir üçün avtomobilə 130 min manatı haradan tapıblar? Həmin pula xəstəxananı təmin edə biləcək avadanlıqlar almaq olardı. Bunlar xəstələrin həyatını yox, öz rahatlıqlarını düşünürlər”.

Onurğa problemindən əziyyət çəkən Nəcəf İsmayılov deyib ki, MRT aparatının yoxluğundan müayinə üçün Bakıya getməli olub:

“Respublika Xəstəxanasında bir müddət müalicə aldım, heç bir köməyi olmadı. Çünki, orada bir çox dərman preparatları, tibbi avadanlıqlar yox idi. Həkimlər bunu maliyyə ayırılmaması ilə əsaslandırırdılar. Həkim dəqiq diaqnozu tapmaq üçün məsləhət gördü ki, MRT-dən keçim. Dedilər aparat yalnız Naxçıvan Diaqnostika Mərkəzində var. Getdim, orada da dedilər ki, növbəyə yazırıq iki ay sonra gələrsən. Məcbur qalıb Bakıya getməli oldum. Həm əziyyət çəkdim, həm də xərcə düşdüm. Qayıtdıqdan sonra xəbər tutdum ki, səhiyyə nazirinə 130 min manatlıq avtomobil alıblar. Halbuki bizə deyirdilər, nazirliyin maliyyəsi yoxdur”.

Naxçıvan MR Səhiyyə Nazirliyindən deyilənlərə münasibət bildirmək istəməyiblər.

Xəbər 1061 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +