XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat


04.08.2023  09:51 

Bizim “gələn həftə“





A+  A-

Deməli, futbol komandamız var idi. "Məşəl". Məşqçimiz də sonradan çox məşur komandir Faiq Baxşəliyev idi. Ruhu şad olsun. Ağdamın kəndlərinə, qonşu rayonlara futbol oynamağa gedirdik. Həftə arası məşqlərimiz də oldurdu. Həftə sonu yarışa gedirdik. Yeri gəlmişkən, "Qarabağ"la da oynamışdıq. Birinci hissəni 2:0 udmuşduq, ikinci hissədə uduzduq.

Nə isə, dediyim kimi həftədə bir dəfə harasa oynamağa gedirdik. Bir gün yenə oyundan qayıtdıq şəhərə (Ağdama). "Gələn həftə növbəti oyun üçün yığışacağıq" deyib ayrıldıq.

Olmadı gələn həftə. Oldu. amma çox gec. Həm də Ağdamda yox. Araya müharibə girdi...

Ötən şənbə günü Bakının Masazırında həmin o "gələn həftə" idi. Nəhayət ki, yığışdıq, oynadıq. 3 nəfərimiz artıq bu dünyada yoxdur. Məçqçi və müdafiəçi Faiq, qapıçı Faiq, hücumçu Elşən. Allah üçünə də rəhmət eləsin. Qalanları Bakıda, rayonda, xaricdə-orada-burada yəni. Gələ bilənlər gəldi, oynadıq. Az oynadıq. Can əl verən qədər yəni.

Amma görkəm dəyişsə də hamıda xasiyyət həminki idi. Oyundan sonra çay içib keçmişləri xatırladıq, danışdıq, güldük, zarafat etdik.

Və bu bizim 32 il gözlədiymiz "gələn həftə"miz idi. Heç kim üzə vurmasa belə, bir az da nisgilli "gələn həftə", dərindən düşünəndə bəlkə də diz yerə qoyub ağlamalı "gələn həftə". Özü uşaq olan oğlanların 32 ildən sonra yığışıb övladlarından, nəvələrindən danışdıqları "gələn həftə". Bütöv ömürlərin bütün həftələrini iflas etdirən "gələn həftə".

Olacaq bundan sonra da həyatımızda gələn həftələr. Kimində az, kimində çox. Amma olacaq. Sadəcə nə əvvəlki, nə də bundan sonrakı həftələr bizim bu "gələn həftə" kimi olmayacaq. Çünki biz onu çox gözləmişdik. İllərlə. Əslində gözləməmişdik.

GÖZLƏTMİŞDİLƏR. Məcbur eləmişdilər.

Axı biz niyə bir həftəni bu qədər, həm də ölüb-itərək gözləməli idik. Kimə nə edirdik ki, futbol oynayırdıq də. Ömrümüz yox oldu getdi. Həm də heç bir günahımız olmadan.
Nə var ki, erməni ilə rus birləşib Məmlkətimizə soxuldu. Gələn həftə futbola gedəcək oğlanların bir qismi torpağın altına getdi, qalanı da növbəti oyuna 32 ildən sonra yığışa biləcək qədər uzaqlara...

Amma bütün hallarda gözəl həftə oldu: bizim "gələn həftə" ....

P.S.
Mənim sol yanımdakı oğlan Əkbərdir. Əkbər Azərbaycanın ilk nizami ordusun kəşviyyat bölümünün ilk komandiri olub. Azərbaycan dövlətinin ilk rəsmi taborunun siyahısını yazan, komplektləşdirən adamdı Əkbər. Allah Əkbər də daxil bütün qazilərimizə can sağlığı versin, şəhidlərimizə rəhmət eləsin. Ta bir də kimlərəsə "gələn həftə"ni bu qədər gözlətməsin...

İlqar Rəsul

Xəbər 956 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +