“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


28.07.2023  18:22 

Zakir Qaralovla Rüstəm Usubov Eldar Mahmudovla əlbir olmaqla... - Müraciət





A+  A-

Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - red.) İstintaq Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan Mövlam Şixəliyev və digərlərinin cinayət işi üzrə 36 zərərçəkən ölkə rəhbərliyinə müraciət edib.

Həmin müraciətlərində zərərçəkənlər onlara qarşı MTN-də törədilən cinayətlərin tam və hərtərəfli araşdırılmasını, qanunsuz olaraq məhkum olunmalarına baxmayaraq, barələrindəki məhkəmə hökmlərinin bu günə qədər ləğv olunmadığını, onlara bəraət verilmədiyini yazırlar.

Surəti redaksiyamıza göndərilən məktubu təqdim edirik:

- Biz, Sizin fərmanınızla ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev və digərlərinin cinayət əməllərindən zərər çəkən bir qrup Azərbaycan vətəndaşıyıq. Bu il iyulun 24-də verdiyiniz sərəncamla bizlərə qarşı ağır, xüsusilə ağır cinayətlər törətmiş Mövlam Məmmədismayıl oğlu Şixəliyev general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından məhrum edilib. Sahib Yunus oğlu Ələkbərov və Yasin Seyfulla oğlu Məmmədov rütbələrindən və “Vətən uğrunda” medalından məhrum ediliblər.

Bu, biz zərərçəkənlərdə bizlərə qarşı MTN-də törədilən cinayətlərin tam şəkildə, hərtərəfli araşdırılacağına ümidlər yaratdı. Sizin yüksək diqqətinizə çatdırmaq istəyirik ki, bu gün Baş Prokurorluq və məhkəmələr Mövlam Şixəliyevin, onun yüksək rütbəli himayədarlarının, rəhbərlərindən olduğu mütəşəkkil cinayətkar quldur dəstənin cinayətlərini tam və hərtərəfli araşdırmaqdan açıq şəkildə yayınır və bu cinayət işini bir növ siyasi oyuna çevirirlər.

Möhtərəm cənab Prezident,

Əksəriyyətmiz iş adamlarıyıq və sizin yürütdüyünüz siyasəti dəstəkləyirik. Zərərçəkənlərə qarşı MTN-də cinayətlər eyni sxem üzrə törədilib. Hər kəsi tutublar, girov saxlayıblar, ailələrimizdən külli miqdarda pul tələb ediblər. Tələb etdikləri pulu vermədiyimz üçün barəmizdə qondarma cinayət işi başladıblar. Ailələrimizi bizləri uzunmüddətli həbsə göndərəcəkləri ilə hədələyib tələb etdikləri külli miqdarda pulu alıblar. Bundan sonra bizləri xəstəlik adı ilə girovluqdan azad edib barəmizdə işi məhkəməyə göndəriblər. Məhkəmələrdə isə bu gün vəzifədə olan, vaxtilə yerləşdirdikləri hakimlərin əli ilə barəmizdə saxta hökmlər verdiriblər. Həmin saxta hökmlər bu gün də qüvvədədir. Sizin qətiyətiniz sayəsində MTN-dəki mütəşəkkil cinayətkar quldur dəstə darmadağın edildi. Lakin bu gün də onların bizlərə qarşı cinayətləri tam olaraq araşdırılmayıb, bizlərdən hədə-qorxu ilə alınan pullar geri qaytarılmayıb. Barəmizdəki uydurma ittihamlar üzrə saxta hökmlər bu gün də qüvvədədir.

Sizin rəhbərliyiniz altında Eldar Mahmudov Azərbaycan vətəndaşına, sahibkarlığına qənim kəsilən quldurbaşı dəstəsi ilə birgə ifşa olundu. Mövlam Şixəliyevgil Eldar Mahmudovun rəhbərliyi altında həddindən artıq azğınlaşmışdılar. Təsəvvür edin ki, hər kəsdən fantastik məbləğlər tələb edirdilər.

İş üzrə 32 zərərçəkən, 4 zərərçəkənin qanuni nümayəndəsi var. Həmin 4 nəfərdən 3 nəfəri onlara qarşı törədilən cinayətin nəticəsində ürəkləri partlayıb, intihar edib ölüblər.

Zərərçəkən Cahangir Məmmədov da bunların əlindən özünü öldürüb. Bu adam adi bir sürücü olub. 2012-ci ildə ondan 100 min dollar alıblar. Adam da azadlığa çıxıb, 2 övladını, ailəsini qoyub və özünü öldürüb. Bunu Mövlam Şixəliyev edib. Bu adamlar cinayətkardılar. Zakir Qaralov, Rüstəm Usubov Eldar Mahmudovun, Mövlam Şixəliyevin cinayət ortaqlarıdır. Bu gün Mövlam Şixəliyevin varidatı 100 milyonlarla dollarla ölçülür. Bu adamlar Azərbaycan sahibkarlığına, Azərbaycan iqtisadiyyatına böyük zərbə vurublar. Bu gün Azərbaycanın büdcəsi 25 milyard yox, 50 milyard ola bilərdi. Mövlam Şixəliyev və digərlərinin cinayət işi üzrə məhkəmə istintaqı zamanı məlum oldu ki, keçmiş baş prokuror Zakir Qaralov və onun 1-ci müavini Rüstəm Usubov mütəşəkkil cinayətkar quldur dəstənin aktiv üzvləri, rəhbərləri olublar. Həmin vəzifəli şəxslər Mövlam Şixəliyevi, onun bütün dəstəsini yaxından himayə ediblər.

Zakir Qaralovla Rüstəm Usubov Eldar Mahmudovla əlbir olmaqla Mövlam Şixəliyevə rəhbərlik etməklə ağır, xüsusilə ağır cinayət törədiblər. Buna baxmayaraq, bu gün vəzifədən çıxarılsalar da, barələrində cinayət təqibi aparılmayıb, ali hərbi rütbələrdən də müvafiq olaraq məhrum edilməyiblər.

Zakir Qaralov, Rüstəm Usubov, Mövlam Şixəliyev və başının quldur dəstəsinin birbaşa iştirakı ilə biz vətəndaşların girov götürülməsinə şərait yaradıb, bunlar da girov götürülən vətəndaşlardan pul və mal alandan sonra barəmizdə qondarma cinayət işini məhkəməyə göndərirdilər.

Həmin zaman Zakir Qaralovla Rüstəm Usubov “həbs” qəti imkan tədbirinin dəyişdirilməsində də bilavasitə iştirak edirdilər. Həbs adı ilə girov götürülmüş Azərbaycan vətəndaşlarından alınan pulun bölgüsündə də Zakir Qaralovla Rüstəm Usubovun xüsusi payı olub.

Mövlam Şixəliyevə və dəstənin hazırda həbsdə olan digər üzvlərinə yanlış, natamam ittihamlar verilib. Belə ki, Mövlam Şixəliyevin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar quldur dəstəsinin cinayət işi üzrə biz zərərçəkmiş şəxs qismində cəlb olunsaq da, məhkəmənin hökm və qərarında bizə vurulan ziyanın əhatə dairəsi aydın şəkildə göstərilməyib. Bəzi cinayətlərdə isə bizlərə əhəmiyyətli vurulan ziyan, heç bir hüquqi qiymət verilmədən əsassız olaraq işdən çıxarılıb və gizlədilib. Ən vacibi isə Mövlam Şixəliyevin müavini Təhsin Ağayevin adı cinayət işindən çıxarılıb və onun əməlinə bu günə kimi qanunamüvafiq hüquqi qiymət verilməyib.

Bizə münasibətdə çıxarılan prokurorluğun qərar və məhkəmə hökmü qanuni və əsaslı deyil. Bu qeyri-konkretlik iş üzrə təkrar olaraq hamımıza eyni qaydada tətbiq olunub. Bu qeyri-konkretlik istintaq və məhkəmənin səriştəsizliyindən deyil, məqsədli şəkildə gerçəkləşib və zərərçəkmişlərin hamısına tətbiq olunub. Məqsəd isə birdir - gələcəkdə zərərçəkmişlərin hüquqlarını məhdudlaşdırmaq, barələrində məhkəmələr tərəfindən çıxarılmış saxta hökm və qərarların mübahisələndirilməsinin qarşısını almaq. Bu saxtakarlığın əsası baş prokuror Zakir Qaralov və onun müavini Rüstəm Usubov tərəfindən istintaqın ilkin mərhələsində qoyulub və məhkəmə istintaqında, hökm və qərarlarda təsdiqini tapıb.

Barələrindəki cinayət işləri məhkəmələrə elə bu şəkildə göndərilib. Məhkəmələrdə biz zərərçəkənlər bu məsələləri dəfələrlə qaldırmaqla cinayət işinin materiallarının ibtidai istintaqa qaytarılmasını tələb etmişik. Onların cinayət əməllərinin tam və hərtərəfli araşdırılmasını tələb etmişik. Lakin məhkəmələr bu haqda vəsatətlərimizi baxılmamış saxlayıblar.

Sizin iyulun 24-ə Mövlam Şixəliyevin ali hərbi rütbədən məhrum edilməsinə dair sərəncamınız bizdə bu məsələyə yenidən qayıtmağa, onun rəhbərliyi ilə törədilən cinayətlərin tam və hərtərəfli araşdırılmasına ümidlər yaratdı.

Bunların quldurluğu üzündən Azərbaycanda sahibkarlıq çökdü.

Mövlam Şixəliyevin Azərbaycanda saysız-hesabsız imarətləri, biznesi var. Bundan başqa, Dubayda, Türkiyədə, Çexiyada biznesi, villaları var. İstintaq İdarəsinin rəisi olan bu zat bu qədər pulu haradan alıb?

İttiham aktında mal-mülkünün, varidatının cəmi 10 faizi belə göstərilmir. Biz zərərçəkənlər onun xeyli əmlakını müəyyən edib sənədləşdirmişik. Məhkəməyə də, Baş Prokurorluğa da təqdim edəcəyik ki, müsadirəyə hazırlasınlar.

Möhtərəm cənab Prezident,

Sizdən xahiş edirik ki, saxtakar prokuror və rüşvətxor hakimlərdən bizi müdafiə edəsiniz, bizlərə qarşı Milli Təhlükəsizlik Nazirliyində Mövlam Şixəliyevin rəhbərliyi altında törədilən cinayətlərin tam, hərtərəfli araşdırılmasının təmin olunmasına, qanunsuz olaraq məhkum edilməmizlə bağlı cinayət işlərinə yenidən baxılmasına göstəriş verəsiniz./Musavat.com

Xəbər 604 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +