Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


20.06.2023  09:36 

Quranda meyvələr və tərəvəzlər...





A+  A-

Təbiətdə olan hər şey: bitkilər, ağaclar, meşələr insan həyatında mühüm rol oynayır. Bəşəriyyətin məhvi sadəcə insanların deyil, eləcə də, bütün bitki örtüyünün, canlı təbiətin məhv olması deməkdir.

Dünyada müxtəlif dinə, irqə mənsub insanlar var. Dini kitablarda dünya haqqında əvvəlcədən verilən bir sıra məlumatlar yer alır. Dünya şöhrətli klassiklər belə dini kitablar haqqında müxtəlif əsərlər qələmə alıb.

Xurma. Quranın 20 ayəsində xurma və xurma ağacı haqqında bir sıra məlumatlar yer alır. “Nəhl” surəsi və Quranın başqa surələrində də zeytunun, narın və üzümün adı çəkilib. Quranda xurmadan hazırlanan içkilər ən faydalı içki hesab edilir. Allah bu meyvəni behişt meyvəsi adlandırmışdır.

Xiyar, sarımsaq, mərci. Allah Bəni-İsrayilin macərasında xiyarı yada salır.
Quran: “Və (yadınıza salın) o zaman(ı) ki, dediniz: “Ey Musa, biz bir cür yeməyə heç cür dözməyəcəyik. Buna görə də bizim barəmizdə öz Rəbbini çağır ki, bizim üçün yerin bitirdiyi şeylərdən - göyərti, xiyar, sarımsaq, mərcimək və soğan çıxarsın”... “Bəqərə” surəsi, ayə 61

Reyhan. Quranda bu bitkinin adı iki dəfə çəkilib. Quranda Reyhan həm dünyada olan İlahi nemətlərdən biri kimi, həm də behiştdə ən yaxın insanlara verilən nemət kimi qiymətləndirilir. Bundan əlavə, gövdəli-yarpaqlı dənli bitkilər və ətirli bitkilər də pak ruzi kimi təsvir edilib./“Vaqiə” surəsi, ayə 89

Zəncəfil. Bu bitki Quranda behişt əhlinin içməli olduğu içkilər sırasında qeyd edilib. Cənnətdə insanları xoş ətirli zəncəfildən hazırlanan içkilər gözləyir./“İnsan” surəsi, ayə 17

Zeytun. Bitkilər içərisində adı 6 dəfə qeyd olunan Zeytun Allahın nişanəsi hesab edilir. Zeytun ağacı dində o qədər mübarək hesab olunurmuş ki, hətta ona and içilirmiş./“Muminun” surəsi, ayə 20

Tuba. Tubanın mənası ən pak olan kimi tərcümə olunur. Quranda bu ağacın yalnız və yalnız behişt əhlinə, iman gətirən və yaxşı işlər görən kəslərə məxsus olduğu qeyd olunub”./“Rəd” surəsi, ayə 29

Balqabaq. Quranda yazılıb ki, Hz. Yunus (ə) balığın qarnından nicat tapdığı zaman bu bitkinin adı çəkilib. Balqabağın (banan, ya da əncir) onun başı üzərində yetişərək ona kölgə saldığı qeyd edilib./“Saffat” surəsi, ayə 146

Banan. Quran buyurur ki, behişt əhli bu meyvədən faydalanmalıdır.

Zəqqum. Quranda 3 dəfə adı çəkilən bu ağac cəhənnəm ağacı kimi bilinir. Bu ağacın meyvələri şeytanın başına oxşayır. Cəhənnəmin dərinliklərində bitən ağacın meyvəsi günahlardır. "Həqiqətən, Biz onu zalımlar üçün bir əzab vasitəsi etdik. O, elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən baş qaldırar (gövdəsi onun səthində bitər və budaqları yuxarı təbəqələrə çatar). Tumurcuqları sanki şeytanların başlarıdır (olduqca çirkin və zərərlidir). Həqiqətən, onlar o qədər ondan yeyərlər ki, qarınlarını onunla doldurarlar”./“Saffat” surəsi, ayə 62-66

Hazırladı:
Tahir Abbaslı


Xəbər 4292 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +