Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


07.06.2023  19:00 

Poz qazanaq... - “Azərlotereya“nın gəliri 258 milyon olub





A+  A-

Ötən il "Azərlotereya" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ümumi gəlirləri 258 milyon manat olub.

XəzərNews.az xəbər verir ki, ASC-nin gəlirləri əvvəlki illə müqayisədə 6 dəfəyə yaxın artıb.

Son bir ildə "Azərlotereya"nın xalis mənfəəti 41 milyon manat olub. Şirkətin xalis mənfəəti 2021-ci illə müqayisədə 5,5 dəfə artıb.

Məlumat üçün bildirək ki, Azərbaycan ərazisində bütün növ lotereyaların buraxılması, təşkili və keçirilməsi fəaliyyətini həyata keçirən "Azərlotereya" ASC 2002-ci ildə yaradılıb. ASC-nin təsisçisi İqtisadi İnkişaf Nazirliyidir.

"Azərlotereya" ASC 2021-ci ilin yanvar ayında Azərbaycan Prezidentinin imzaladığı Sərəncama əsasən Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan “YMT Sans B.V.” şirkətinə 10+5 illik müddətə idarəetməyə verilib.

Zafer Reisoğlu 2021-ci ilin ilin may ayında "Azərlotereya"nın İdarə heyətinin sədri təyin olunub. Bu ilin aprel ayından etibarən isə Zafer Reisoğlunu bu vəzifədə Osman Karakuş əvəz edib.

Nizamnamə kapitalı 200 000 manat olan ACS-yə əvvəllər Azərbaycan vətəndaşı olan Maqsud Tağıyev rəhbərlik edib.

Xəbər 3372 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +