Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


02.06.2023  11:09 

Bakıda ukraynalı uşaqlar üçün bayram tədbiri keçirildi - Fotolar





A+  A-

Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun (DABF) təşkilatçılığı, Ukraynanın Azərbaycandakı səfirliyi və Ukrayna Mərkəzinin dəstəyi ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycanda qaçqın həyatı yaşayan ukraynalı uşaqlar üçün bayram tədbiri təşkil olunub.

XəzərNews.az xəbər verir ki, Azərbaycan və Ukrayna dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə hər iki ölkədə müharibə zamanı həlak olan şəhidlər yad olunub.

Bayram tədbirində çıxış edən Ukrayna Ali Radası sədrini müşaviri, Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun Baş katibi Hikmət Cavadov bildirib ki, tədbirin məqsədi bir ildən çoxdur qaçqın həyatı yaşayan ukraynalı fidanlara müharibənin ağrı-acısını bir an da olsun unutdurmaq, onların həyata baxışlarında dəyişiklik yaratmaqdır: “Təəssüf ki, bu gün dünyada müdafiəyə ən çox ehtiyacı olan ukraynalı uşaqlardır. DABF olaraq Ukraynadakı prosesləri daimi diqqətə saxlayacağıq”.

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib ki, Ukrayna torpağına ölüm və qəddarlıq gətirən rus təcavüzü övladlarımızı xoşbəxtlikdən məhrum etdi: “Amma əsl dostlarımızın təşkil etdiyi bayram sayəsində dost Azərbaycanın qucağında qonaqpərvərliklə qarşılanan ukraynalı uşaqların yenidən sevincli üzlərini gördük, gurultulu gülüşlərini eşitdik”.

Milli Məclisin deputatı, Azərbaycan-Ukrayna parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupun rəhbəri Kamran Bayramov Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbirinə qatılan ukraynalı uşaqları təbrik edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi, təhsilinin təşkili, sağlamlığının qorunması, gələcəklərinin təmin edilməsi sahəsində görülən işlərdən bəhs edənn deputat ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. K.Bayramov Azərbaycan-Ukrayna parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupun rəhbəri vəzifəsinə yeni seçildiyini böyük şərəf və eyni zamanda, məsuliyyət olduğunu diqqətə çatdırıb, Milli Məclis və Ali Rada arasında əlaqələrin inkişaf etdirilməsində, qarşılıqlı fəaliyyətin gücləndirilməsində səylərini əsirgəməyəciyini bildirib.

Milli Məclisin deputatı, Azərbaycan-Ukrayna parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupun üzvü Məzahir Əfəndiyev uşaqların sülh şəraitindən yaşamasının zəruri olduğunu qeyd edib.

Tədbirdə Azərbaycanın incəsənət xadimləri çıxış edib, ukraynalı uşaqlar Azərbaycan mətbəxindən müxtəliv növ təamlara qonaq ediliblər.

Sonda Fond tərəfindən 50-dən çox ukraynalı uşağa bayram hədiyyələri təqdim olunub.

Xatırladaq ki, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu (DABF) cari ildə 20-dən çox ölkədə yaşayan azərbaycanlı diaspor nümayəndələrinin iştirakı ilə İsveçin paytaxtı Stokholm şəhərində təsis olunub.

















Xəbər 798 dəfə oxunub.




08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +