İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


30.05.2023  12:21 

İran və Qarabağ məsələsinin bitməsi: Gərgin həyəcanlı axtarışlar





A+  A-

İran saatı Mübariz Əhmədoğlu ilə...

Azərbaycan Respublikasının müstəqilliyi günü ilə bağlı “Səhər” telekanalının süjetində keçən ilki yanaşmanı olduğu kimi təkrarladılar. Tarixdə müsəlman şərqində, İslam dünyasında birinci cümhuriyyət Azərbaycan Demokratik Cümhuriyyəti deyil, birinci cümhuriyyət İran ərazisində Səttərxan inqilabının dövründə olub. Amma hələ nədənsə adını qoya bilmirlər. Səttərxan inqilabı hara, dövlətçilik hara. Siz uydurursunuz ki, Səttərxan inqilabçılıq etməyib, 7 qonşu dövləti həzrət Abbasın bayrağının altına yığmaq istəyirmiş. Bu yeddi dövləti həzrət Abbasın bayrağının altına yığırdısa, onu niyə Təbrizdən aparıb Tehrana öldürdünüz?! Həzrəti Abbasa İran cəmiyyətində bu qədərmi belə münasibət olub. Öz-özünüzü təkzib edirsiniz. Deyirlər, Azərbaycan Cümhuriyyəti ola bilməzdi, sadəcə 3 dövlətin –Rusiya, Britaniya və Osmanlı imperiyalarının aralarında olan razılaşma əsasında yaranıb. Bütün dünya yazır ki, müsəlman dünyasında ilk cümhuriyyət Azərbaycan Respublikasıdır. İranda belə cümhuriyyət ola bilməzdi. Çünki İranda o dövrdə nə hərəkət var idisə onun episentrində çar Rusiyasından, xüsusilə Bakıdan gedənlər idi.. Bakı əslində neftin hesabına o zaman dünyanın ən qaynar nöqtələrindən biri idi. Dünyada bəlkə də ikinci, üçüncü telefon xətti, dəmir yolu Bakıda çəkilib. Dünyada ilk neft kəməri bünövrəsini Bakıdan götürüb. İndi adi olan bu şeylər o vaxt inqilabi idi. Bakıda bəzi şeylər çar Rusiyasının paytaxtı Sankt-Peterburqdan əvvəl tətbiq edilmişdi.. Teatr, qadın azadlığını bu sıraya əlavə etmək lazımdır. İranda nə olub ki?... Bir nəfər çıxdı -M.Ə.Rəsulzadə elan etdi ki, bura Azərbaycan Cümhuriyyətidir, yox. Belə olmayıb. Onun üçün şərait olmalıdır. Qaregin Njdenin heykəlindən ötrü RF-in Ermənistanın başına açdıqlarını oxuyun. M.Ə.Rəsulzadə də Q. Njde kimi Hitlerlə görüşüb. Milləti üçün edirmiş. Amma reallıqda reallıqdır. Erməni deyir (R)rusu adam edən, pravoslav edən, sivilləşdirən mənəm. Erməninin başına rus bu oyunu açırsa, görün bizə nə edər.

Siz sübut etmək istəyirsiniz ki, xəcalət və iranlı ekspert bir-birinə uyuşmayandır. Ağıl, məntiq İran ekspertindən 10 km uzağa qaçmalı məsələdir.

“İmperiyaların Azərbaycanın yaranması üstündə razılaşması” nə tezisdir?!. Azərbaycanlılar müstəqil dövlət qura bilməzdi?! O dövrdə Siz baxın Bakıda kimlər təhsil alıb, oxuyub. Bakıda yaşayan azərbaycanlılar Sankt-Peterburq, Paris, London, Polşa, dünyanın 10-na yaxın tanınmış iri şəhərlərində, mərkəzlərində təhsil alıb, qayıdıb Bakıya yığışmış adamlar idi. O qədər çox olublar ki, Bakıda hamısına iş tapılmayıb. Əbdülrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabini axtarın. Hətta onların bəziləri fəaliyyətinə kənd məktəblərində müəllim kimi başlayıblar.

Üzeyir Hacıbəyovu götürün. Şərqdə ilk musiqi sistemləşdiricisidir. İlk opera yazıb.

Şiəliyi də tarixdə ilk dəfə olaraq Azərbaycanlı rəsmi dövlət dini elan edib. Bunu ali dini liderin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti etiraf etdi. Fars Numanın İmam Cəfər Sadiqə badalaq gəlməsi fonunda buna ayrı cür qiymət verilməlidir.

İran ekspertlərinin belə mövqelərinin işə düşməsinin səbəbi bəllidir. Təbii ki, İranın ali dini rəhbərinin ofisindən verilən göstərişdir. Qarabağ mövzusunun bitməsi İranda çox ciddi həyəcan yaradıb. RF sülhməramlıları Qarabağda çox sərt olarkən onlar sevinirdilər. İndi hansı yollasa Azərbaycan RF sülhməramlıları ilə birgə yola getməyin metodikasını tapır və hətta Ermənistan rəhbərliyi Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir. İran ekspertlərinin, xüsusən Qəhrəman Nuraninin indiki dövr üçün hazırladığı son tezis də ondan ibarətdir ki, Qarabağın taleyi Azərbaycan və ya Ermənistandan asılı deyil. Qarabağ Rusiyadan asılıdır. Rusiya kimə istəsə verəcək.

Bir ay ərzində İrandakı siyasilərin, təbliğatçıların, Azərbaycana qarşı işləyənlərin ağlına gəlir ki, vəziyyət gərgindir, yeni şeylər axtarmaq lazımdır. Azərbaycana qarşı yeni postulatlar, tezislər, paradiqmalar müəyyənləşdirmək lazımdır.

Əzizlərim, dünyada Azərbaycan Respublikasını söyməkdən, şərləməkdən başqa şeylər də var. İranda faydalı iş kateqoriyası fərqlidir. Yeni idman növləri icad edilir. Digər xalqlar o oyunu dərk edənədək 2-3 dəfə dünya çempionu olur. Təki çempion, qalib olsun. Sizlərdə kollektiv olaraq yeni oyun icad edin. Məsələn, qarışqa qovmaq üzrə dünya çempionatlığı. Ölkənizə media resursları, qızıl medal və s. qazandıra biləcəksiniz.

İran ekspertlərinə nəyi məsləhət bilərdim. Azərbaycan İran deyil. Azərbaycan, Prezident İ.Əliyev bütün dünyanın, o cümlədən İranın dəstək verdiyi Ermənistanı məğlub etdi. Qarabağı işğaldan azad etdi. İran Fələstini işğaldan azad etmək uğrunda çalışırdı, bu günə qədər bir dənə addım atmayıb. Soyuq müharibə dövründə Bəhreyn müsəlman dünyasında ilk itirilən torpaqdır. Bəhreyni İranın əlindən aldılar, ondan sonra Qarabağı bizdən aldılar. Qarabağı da bizdən alan da o zaman İranın hərbçiləri Azərbaycanın içərisində idi. Erməni hərbçiləri az qala Kür çayına çatmağın anonsunu edirdi. Onda İran hərbçiləri nə ilə məşğul idi?!. Bilirəm, İran maraqlı idi ki, ermənilər azərbaycanlıları qovsun, İslam inqilabı təbliğatı üçün baza yaransın.

Razılaşsanız da, razılaşmasınız da İ.Əliyev Fatehdir. Və təkcə Azərbaycan miqyaslı deyil.

Son dövrlərdə İran ekspertlərinin Azərbaycana qarşı hücumlarında artım, mövqe müxtəlifliyi var. Bəzən hətta ağlagəlməz mövzular gündəliyə gətirilir. Mayın 29-da “Səhər” kanalında uzun müddət təcrübəli, səviyyəli, savadlı və ədəbli aparıcılıq etmiş xanım birdən-birə Bakının ortasında donuz ferması aşkar edir. Bakının ortasında donuz saxlanmasını ərazilərimizin işğal altında olan zaman məscidlərdə ermənilərin donuz saxlaması ilə müqayisə edir. Ermənilərin təhlükəsizliyinə məhəbbəti tərənnüm edən İranın ali dini rəhbəridir. Biz polietnik, polikonfensional dövlətik, Konstitusiyamız var. Erməni də o qanunlara əməl edəcəksə yaşayacaq, etməyəcəksə cəzalandırılacaqdır. Dərhal o informasiyanı axtardım. Hövsanın periferiyasında hansısa institut müəllimi donuz saxlayır, qonşular da şikayət edir. Bunu gətirib Bakıda torqovıya çıxartmaq göstərir ki, Neda xanım Samın özünün nəsə problemi var və o problem Azərbaycanla əlaqəli deyil. Bir neçə gün öncə də Azərbaycan Prezidentinə təşəkkürnamə oxudu. Azərbaycanda siyasi proseslərin dərinliyini yaxşı bilmir və eşidib ki, Azərbaycan Prezidentlərindən biri Naxçıvana qaçıb, biri Bakıda olub, biri də uzun müddət Moskvada yaşayıb. İşlədiyi yerdən bir az kənara baxsa, görər ki, İran İslam inqilabının lideri, İranda İslam Respublikasının banisi Seyid Ruhulla Xomeyninin övladlarını cəmiyyətdən didərgin salıblar. Dindarlıq və tələbə öyrətməklə məşğuldurlar.

İ.Rəisi də həbsə məhkum kimi yaşayır. Moskvaya getdi, Kremldə namaz qıldı. O zaman İranın ali dini liderinin Moskvadakı nümayəndəsi Əkbər Ciddi idi. Ə.Ciddi də vaxtilə prezident İ.Rəisinin köməkçisi işləmişdi. İndi Ə.Ciddi Neda xanım Samın işlədiyi televiziyada dua qiraəti ilə məşğuldur.

Əlbəttə, cəmiyyətimizdə, idarəçiliyimizdə də nöqsan var. Bizdə elə nöqsan yoxdur ki, o İranda olmasın.

İranın ekspertləri içərisində ən bərbad gündə olanı Börhan Heşmətidir. Uzun müddət Bakıda “Səhər” kanalının müxbiri işləyib və sonra ora rəhbərlik etdi. Ola bilər, Bakıda işlədiyinə görə də bir az İrandakı studiyada özünü sərbəst aparır. O, da N.Purmənd kimi ailə dağıtmaqla məşğuldur. Politoloq Qəhrəman Nuraninin ailəsini dağıtdı, yoldaşı da Durna Nəsiryan orada işləyirdi. Q.Nurani Tehrandan bir az aralıda Kərəcdə yaşayır, onun evi isə Tehranın mərkəzinə yaxındır.



Axırıncı dəfə B.Heşməti “Kompas” verilişində Rəşt-Astara dəmir yolu ilə bağı üçtərəfli sazişin imzalanması mövzusunda studiyaya dəvət olunmuşdu. Aparıcı Qulamrza Səfəvinin verdiyi suallardan aydın oldu ki, Heşməti layihənin parametrləri, xarakteristikası, yükdaşıması barədə zərrə qədər məlumat yoxdur. O dəvət olunan kimi verilişə gəlib ki, Azərbaycanı söyəcək. Təsəvvür edin, adam özünü 45 dəqiqə ərzində Azərbaycanı söyməyə hazır bilir və həvəslə də verilişə gəlir. Onun psixoloqa müraciət etməyə ciddi ehtiyacı var. Bundan əvvəlki verilişdə normal danışdı, hətta mən bəzi tanışlarıma yazdım ki, bizim hökumət deyəsən cinayət işi törədib. “Qırmızı kitaba” adı düşən, çox nadir canlını sındırıb. Onun Azərbaycana nifrəti bu səviyyədədir. Bir mövzu üzrə Azərbaycanı söyməyə hazır olmaq, addım atmaq doğrudan da cəsarət istəyir.

Rəşt-Astara layihəsində istədiyimizi almışıq və bundan sonra da ala bilərdik. İran “Şimal-Cənub” marşrutunu bizə vermir, erməniyə vermək istiqamətinə 10 il cəhd etdi. Təki Azərbaycan olmasın. H.Ruhaninin dövründə Astarada yük terminalı haqqında müqavilə imzalanıb- 35 hektar. O 35 hektarın 17,5 hektarı Azərbaycan Respublikasının mülkiyyətidir və B.Heşməti kimilərin düşüncəsinə görə İran-Azərbaycan tarixinə ortalığa qoyduğu yanaşmaya görə gərək iddia edək ki, İran ərazisində 17,5 hektar yerimiz var. Sağ olsun Prezidentimiz, qan tökmədən, vuruşmadan tarixi ərazimizin 17,5 hektarını geri qaytardı.

Hər şeyə yanaşmanın bir qaydası var. Beş-altı aydır adam çıxardıblar- Davud Daşdibəndidir. Xalxal şəhərindəndir. Guya Mehriban xanımın yerlisidir. Azərbaycanın üzərinə elə gəlir...O qədər küt, savadsızdır ki, İranın Azərbaycana qarşı bəzi gizli saxladığı məqamları açdı. Arxiv sənədlərinə istinadən bildirdi ki, İran Azərbaycan dövlətini 1918-ci ildə də tanımayıb. Bu həqiqətən də belədir. İran təbliğatçıları, siyasiləri həmişə bunu gizlədirlər. İddia edirlər ki, o vaxt da Azərbaycanın müstəqilliyini birinci tanıyan İran olub. 1992-ci ildə də Azərbaycan müstəqil olanda Azərbaycanı birinci İran tanıyıb.

N.Purmənd indi oradadır, orada deyil, bilmirəm. Onların hamısından üstün anti-Azərbaycan şəxsdir. Vulqarlığı ilə öyünür. Börhan Heşməti ilə İranın Bakıda “casus şəbəkəsini” açdı.

Pənah Nəcəfzadə dini, siyasəti, hüququ bir-birinə qarışdırır, təki Azərbaycana qarşı söyüş, yalan, şər-böhtan düzəltsin. P.Nəcəfzadə və digər ekspertlərin dərin savadı yoxdur. P. Nəcəfzadədənin gücü yazının əvvəlki üç cümləsini oxumağa çatır. Üç cümlədə “İsrail” sözü, Azərbaycanda hansısa baş vermiş neqativ görən kimi onun üstündə dayanacaq. Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədovun tərcümeyi-halını oxumağı tövsiyə edərdim. Sanki İranın bütün yalanı, şəri ona pənah aparıb. “Səhər”in digər verilişində Urmiya Arxiv İdarəsinin əməkdaşı xəritələri çıxardıb, tökür ortalığa “Azərbaycan” adlı termin olmadığını “sübut” edir. Bunu Azərbaycan Respublikasındakı alimlər, siyasilər özləri uydurublar. Ondan 5-10 dəqiqə sonra Pənah Nəcəfzadənin və Rza Cəfərinin verilişində bəlli olur ki, min il bundan qabaq İmam Cəfər Sadiqin tələbəsinin tələbələrindən biri yazıb ki, “Azərbaycan” adlı məmləkət olacaq, orada iki qövm bir-birini qıracaq və belə də təsəvvür edir ki, indi erməni-azərbaycanlı davasıdır. Üstündən iki veriliş keçmiş odlar yanan bir yer var, adı Azərbaycandır. Orada narahatlıq yaranacaq. Onların Quranında 4% sələmə icazə var, təkəbbürçülük ilahi sifətdir. Yəni İran böyük dövlətdir, kiçik dövlətləri (Azərbaycanı) şapalaqlaya bilər.

Öz nöqsanlarınıza fikir verin. Çalışın onları aradan qaldıra biləsiniz. Talışa əgər dil axtarırsınızsa, talışın etnik və dini mənsubiyyətinin pozulmasından danışırsınızsa Azərbaycandakı talışlardan təxminən on dəfə çox İranda talış və gilək var. Həm də farsdillidirlər. Niyə bir dənə talış dilində qəzet, məktəb yoxdur?

Rusiya Ukraynada müharibə edəndən sonra ABŞ Rusiyaya qarşı sanksiya tətbiq etdi. O zaman ekspert mühitində belə bir fikir yayıldı ki, yəqin ABŞ İrana qarşı sanksiyaları götürəcək və İranın neft- qazı Rusiyanın neft-qazını əvəzləyəcək. Bu olmadı. Hamı bunun səbəbini axtarır. İndi ekspertlər belə fikirləşirlər ki, o vaxt İran inqilabının lideri Xomeyni ABŞ prezidentini (Karter) aldadıb. İranda şahı devirib, şərikli hakimiyyət qurmaq istəyirdilər. Çünki şah üzünü SSRİ-yə tərəf çevirmişdi. Siyasi idarəçilik mollanın əlində olmalı idi, hərbi idarəçilik isə Amerikanın əlində qalmalı idi. Hakimiyyətə gələn kimi Xomeyni İranda Amerika ilə bağlı hərbçiləri neytrallaşdırdı. O vaxtdan üzü bu yana da ABŞ İranla razılaşmır. Dəfələrlə indiki hökumət də Amerikaya müraciət edib, Amerika razılaşmır. Nüvə müqaviləsini də D.Tramp prezident olan kimi ləğv etdi.

Ali dini rəhbər Xomeyninin ünvanına deyilənləri, Amerika ilə imzalanmış müqavilələri, Amerikanın qabağında götürmüş öhdəlikləri təkzib etməklə məşğuldur. İndi fikirləşir ki, İran üçün yeni müstəqillik nəzəriyyəsi hazırlanmalıdır. Ali dini lider İranda Qasım Süleymaninin və Ayətullahlardan hansısa birinin, gərək ki, Gülpayiqaninin dəfn mərasimini İslam inqilabının lideri Xomeyninin dəfn mərasimi ilə müqayisə etdi idi və hətta daha izdihamlı adlandırdı. Ali dini rəhbərə Xomeyninin ikinci plana keçməsi lazımdır. Çünki Amerika ilə münasibətlər düzəlməyəcək.

İranın indiki ali dini lideri qədər İranda şiəliyin yayılması üçün çalışan ikinci adam yoxdur. İranın bütün sünnilər yaşayan regionlarında bu adam təbliğat aparıb, əhalini şiəyə çevirməklə məşğul idi. Xomeyni gələndən sonra azan mövzusunda dediklərimə fikir versəniz, sanki quşun bir neçə lələyini yerə tullandı. Məhdəviyyətlə bağlı baş verənlər də bu kontekstdən qəbul edilməlidir. Xamneinin də davranışından hiss olunur ki, o tamamilə yeni bir “İslam respublikaçılığı” ideyasını ortalığa qoymaq fikrindədir ki, bir müddətdən sonra onu ABŞ da qəbul etsin, normal münasibətlər qursun, İran da öz yolunu davam etdirsin.

Savadınızı artırın. Sizin kifayət qədər savad probleminiz var. Demirik ki, Azərbaycanı bizim qədər bilin. Baxın, fikir verin bizim yazılara, İranı nə qədər bilirik. Siz o qədər Azərbaycanı bilmirsiniz.

Emosiyadan uzaq durun. Mahmudnejadın dövründə “məxməri inqilab”ın dəbə mindiyi vaxtda Gədəbəydə tualetlərin birində Azərbaycan hökumətinin əleyhinə şüar yazılmışdı. B.Heşməti gedib onu çəkmişdi və gətirib televizorda birinci xəbər yerində verdi. Ondan sonrakı xəbər ali dini rəhbərin süjeti idi. Yəni siz bu qədər emosionalsınız, Azərbaycanı ləkələməkdən ötrü bu qədər işlərə gedirsiniz; Azərbaycan Qarabağ problemini həll edib. Nə cür istəyirsiniz fikirləşin. Türkiyə, Pakistan ilə birləşdik, Rusiyanı yola gətirdik. Nə deyirsiniz, deyin. Amma orada bir Pakistan hərbçisinin cənazəsini aşkarlayın, bir türk əsgərinin cənazəsini tapın.

Sizin hökümətinizin siyasəti həqiqi mənada xəcalət çəkilməli siyasətdir. İraq Kürdüstanı kasıb, acından öləndiyardır. İran özünü məzlumların müdafiəçisi elan edib. Amma əlinin içi qaşınanda İraq Kürdüstanına raket zərbələri endirir. Son 5 ildə Pakistan-İran sərhədlərində 200 İran hərbçisi itkin düşüb, ölüb. Niyə görə Pakistana raket atmırsınız?!. Bir dənə Pakistana da raket atın da. Bilirsiniz ki, sizə nəinki ballistik raket, hətta nüvə başlıqlı raket gələ bilər. Kasıbın, müsəlmanın düşmənisiniz, şiə müsəlmanın qənimisiniz.

30 may, 2023 cü il

Xəbər 1009 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +