“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


25.05.2023  15:32 

İranın Azərbaycana qarşı Rəşt-Astara barrikadası...





A+  A-

İran saatı Mübariz Əhmədoğlu ilə...

Vladimir Putin və İbrahim Rəisinin videokonfrans vasitəsi ilə iştirakı ilə Rəşt-Astara dəmir yolunun tikintisinə Rusiya ilə İran arasında sənədin imzalanması İranın bu istiqamətdə anti-Azərbaycan barrikadasının dəf olunmasında çox vacib rol oynaya bilər. V.Putin bu layihəni 3 tərəfli (RF-Azərbaycan-İran) hesab edir. Rəisinin çıxışında səhv etmirəmsə “Azərbaycan” termini işlənmədi. Olsa, cəmi bir dəfə. Ölkəmizin cənubunda və şimalında yerləşən qonşu dövlətlərin prezidentlərinin çıxışlarının tam mətni mətbuatdadır.

Azərbaycan Respublikasını İranın görməməsi və özünə aid layihələrdən sıxışdırmasının son nümunəsidir. Əvvəli var. Bu təkcə Şimal-Cənub və ya Rəşt-Astara dəmiryolu ilə bağlı deyil. Digər sahələrdə də İranın kursu belədir. Bu, həm də son deyil. İran Azərbaycanı öz iştirakı ilə digər layihələrdən izolə etməkdə davam edəcək. Sadomazoxistdir. Özünə və digərlərinə əziyyət verməkdən həzz alır. Bu müqavilənin imzalanması ilk olaraq Azərbaycanın ünvanına İranın növbəti yalan, böhtan kampaniyasına start verdi. Əksər ekspertlər sadəcə uşaq intellekti ilə bu məsələyə yanaşırlar.



Rəşt-Astara dəmir yolu “Şimal-Cənub” beynəlxalq dəmir yolunun tərkib hissəsidir. “Şimal-Cənub” marşrutunun İran ərazisindən keçən hissəsində müəyyənedici element Qəzvin-Rəşt dəmir yoludur. İ.Əliyev 2003-cü ildə Azərbaycanda Prezident seçildi, 2005-ci ildə “Şimal-Cənub” beynəlxalq konsorsiumu ilə bağlı öz mövqeyini ortalığa qoydu. Azərbaycanın maraqlarını təmin edən bu mövqe daha çox həm də İranın maraqlarına uyğun idi. Çünki ortada çox ciddi bir siyasi tarixçə var idi. İranla Rusiya arasında əlaqə Azərbaycan, Ermənistan ərazisi ilə keçən dəmir yolu ilə realaşdırılırdı. İ. Əliyev Azərbaycan torpaqlarının işğalının “Şimal-Cənub” marşrutuna maneə törətməməsi üçün dəmir yolunun Mehridən deyil, Astaradan keçməsi ideyasını ortalığa qoydu və bunu da reallaşdırdı. Bu Azərbaycandan daha çox yeri gəlsə İrana faydalı idi. Kimsə deyə bilər ki, Azərbaycan işğalçı Ermənistanın izolyasiyasını daha da möhkəmləndirdi. Mehridən keçən dəmir yolu çar Rusiyası dövründə fəaliyyət göstərən daha çox beyinlərdə hərbi-logistik yol kimi qalmışdı. SSRİ-nin İrana gedən qatarları Türkiyə və İran ilə sərhədləri boyunca hərəkət edirdi. O qatarlar tank da daşıya bilərdi. İndiki dövrdə Gümrüdən RF 5 dənə tankı qatara qoyub, o sərhədlər boyu gəzdirə bilərdi. Bu, İran və Türkiyədə müəyyən xof yarada bilərdi. İ.Əliyev birinci növbədə İran və Türkiyə üçün o psixologiyanı aradan qaldırdı. Eyni zamanda sənədləşmə də xeyli asanlaşır. Bir dövlətin- Ermənistanın sərhədlərinə girməsi, demək sənədləşmə də olmayacaq. İlk seçim İranın daxilində edildi. Qəzvin İranda ən böyük dəmir yolu qovşaqlarından biridir, bəlkə də birincisidir. Qəzvin-Təbriz-Culfa-Culfa istiqaməti Qəzvin-Rəşt-Astara-Astara istiqaməti ilə əvəzləndi və Qəzvin-Rəşt dəmiryolunun tikintisinin bərpası üçün lazım olan 600 milyon dollar krediti Azərbaycan ayırdı. Bu yol 2019 cu ildə açıldı. Qəzvin-Rəşt dəmir yolu tikildiyi dövrdə İranın ağlına Azərbaycanın gücünün artacağı, Azərbaycanın iqtisadi, logistik və həm də siyasi gücünün artacağı xofunu aktuallaşdırdı. O vaxta qədər artıq Azərbaycan əsrin müqaviləsini reallaşdırmışdı, Bakı-Tbilisi-Ceyhan kəməri fəaliyyətdə idi. Bakı-Tbilisi-Ərzurum da fəaliyyətə başlamaq üzrə idi. Azərbaycanın beynəlxalq layihə reallaşdırmaqda böyük təcrübəsi var idi. Bu istər-istəməz normal dövlətlər arası münasibətlərdə yaxşı bir şeydir. Amma, görünür bu, İran tərəfindən İran-Azərbaycan münasibətlərinə aid deyil.



İran “Şimal-Cənub” dəmir yolunun Ermənistan ərazisindən keçən hissəsinə lobbiçilik etməyə başladı. Bu proses təxminən 10 il davam etdi. İş o yerə gəldi çatdı ki, Ermənistanın prezidenti S.Sərkisyan 2015-cü ildə Ufada AİB, ŞƏT və BRİKS-in birgə sammitində az qala İran məmuru kimi danışdı və “Şimal-Cənub” marşrutunu Ermənistanın ərazisindən keçirəcəyini açıq bəyan etdi. O vaxta qədər S.Sərkisyan xeyli iş görmüşdü. Cozef Borkovski “Rasia FZE” konsorsiumunu yaratmışdı. O konsorsium da hesablamalar aparmışdı. “Şimal-Cənub” dəmir yolu marşrutunu Ermənistanın Gürcüstan sərhədindən Ermənistanın İran sərhədinədək təxminən 3,5 milyard dollar vəsait lazım idi. Bu yolla daşınan yüklər belə pulu qazanmağa imkan vermirdi. Dubayda qeydiyyatdan keçmiş “Rasia FZE” şirkətinin rəhbəri Ermənistandan Mehri yolunun açılmayacağı ilə bağlı təminat istədi. Ermənistan Mehri dəmir yolunun açılmayacağına dair təminat verə bilmədi. İran isə güman edirdi ki, Ermənistan çəkə biləcək. Sonradan məbləğ artdı-5 milyard dollara çatdı. İran o məbləği verə bilmədi. Beynəlxalq maliyyə qurumlarından Ermənistan və İran maliyyə cəlb edə bilmədilər. İran öz ərazisindəki bu dəmir yolunun 60 km hissəsini tikməyə vəd verdi. O layihə itdi, getdi. İndi də “Rasia FZE”ni Beynəlxalq Məhkəməyə verib. Təxminən 500 milyon dollar pul xərcləyib. Bank faizi ilə birlikdə milyard dollara yaxın vəsaiti Ermənistandan almaq istəyir. Ermənistan da bu qaydada ziyan çəkdi.

İranın əsas məqsədi Azərbaycanı izolyasiyada saxlamaq idi. Ruhani dövründə Ermənistan kartı ilə paralel Azərbaycanın iradəsinə də İranın diqqəti artdı. Ruhani dövrü İran-Azərbaycan münasibətlərində ən yaxşı dövrdür və Qəzvin-Rəşt dəmiryolu tamamlandı. Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı İranla Azərbaycan arasında 500 milyon dollarlıq kredit imzalandı. On ilə yubanan layihə artıq ABŞ-ın İrana qarşı sanksiyaları genişlənirdi. Azərbaycanın hansı bankı krediti verəcəksə, o bankı ABŞ dərhal sıradan çıxaracaqdı. Müqavilə imzalandı, Azərbaycanın siyasi iradəsi ortalıqda. Amma texniki cəhətdən pulu vermək mümkün olmadı və Ruhani hökuməti də o krediti almaqdan ötrü uzun müddət çalışdı, hətta Azərbaycandan küsdüyü vaxt da oldu.



13-cü hökumət İ. Rəisinin prezidentliyi dövründə isə Rusiya Rəşt-Astara “Şimal-Cənub” marşrutunu aktivləşdirdi. Çünki Rusiyanın artıq Qərblə problemləri artırdı. Bu zaman İran “Şimal-Cənub” marşrutunun Rusiya ilə İran arasında olan hissəsinin Azərbaycandan keçməməsi üçün müxtəlif bəhanələr ortalığa qoydular. Nəhayət, RF prezidenti V.Putin Sankt-Peterburq iqtisadi forumunda İran-Rəşt-Astara dəmir yoluna pul ayıracağını rəsmən elan etdi. V.Putin çox nadir hallarda xarici dövlətlərə pul ayırmaqla bağlı özü açıqlamalar verir. Orada iştirak edən İran rəsmiləri bunu alqışladılar, öz ölkələrinə qayıtdıqdan sonra bəlli oldu ki, İranın Rəşt-Astara dəmir yolunun tikilməsinə o qədər də maraqları yoxdur. V.Putin bəlkə də 2-3 dəfə bu mövzuya qayıtdı. RF rəsmiləri Tehrana gəldilər.

İran Rəşt-Astara dəmiryolunu öz pulu ilə tikəcəyini açıqladı. Alınmadı. Yeni donor tapıldığını elan etdi. Yeni donor da üzə çıxmadı. Putin isə tələsir.



Putinin köməkçisi, Rusiyanın keçmiş Nəqliyyat naziri, İ.Levitin prosesə qoşuldu. Şimal-Cənub dəmiryolunu Zəngəzur (Mehri) koridorundan keçirməyi təklif etdi. Levitin bir neçə Azərbaycana və daha çox İrana səfər etdi. İran nə baş verdiyini, nəyin onun xeyrinə, nəyin onun ziyanına olduğunu başa düşmədən yox dedi. “Yox” sözü əlində hazır vəziyyətdə idi.

RF TŞ katibi N.Patruşev o zamankı Təhlükəsizlik Şurasının Ə.Şamxani ilə bunu müzakirə etdi. RF Baş nazirin müavini A.Novak bir neçə dəfə İrana səfər etdi. Təkcə Rəşt-Astara dəmir yolunun tikintisi deyil, Rusiya ilə İran arasında neft və qaz svopu da müzakirəyə qatıldı. RF-in fikrincə bunlar hamısı Azərbaycan Respublikası ərazisi vasitəsi ilə reallaşmalı idi. İran az qala dəli vəziyyətinə düşdü və bütün bu layihələrin Azərbaycandan kənar keçməsi istiqamətində yeni ideyalar ortalığa qoydu.

Görüşlərin birində Şamxani etiraf etdi ki, Rəşt-Astara dəmiryolunun tikintisinə İranın daxili hazır deyil.

İran Rəşt Astara dəmiryolunun tikilməməsi və ya Azərbaycan faydalı olan reallaşması üçün barrikadanın Xəzər dənizi mərhələsini başladı: Ənzəliyə dəmir yolu çəkilir və Ənzəli-Həştərxan bərə əlaqəsi qatarlar hərəkət edir. Ənzəlidə də problem aşkarlandı.



İran Xəzəryanı digər şəhərini-Kaspianı təklif etdi. Rəştdən 46 km dəmiryolu çəkilir və bərə əlaqəsi işə düşür. Xəzər dənizində İranın böyük problemləri var. Çünki Xəzərin hüquqi statusunu tanımayıb. Bu Rusiya ilə İran arasında istənilən anda narazılıq yarada bilər. Əgər dəmir yolu daşımaları Xəzər dənizinə keçirsə bu artıq multimodal daşımadır. Məsafənin uzanması, vaxtın artması, gəlirin azalması anlamındadır.

Türkmənistan mərhələsini İran sevinclə RF-ə təqdim etdi. Dəmiryolu və neft-qaz svopu birgə həllini tapır. Orada RF-in qarşısında ayrı geosiyasi və logistik məsələlər var.

Rusiyanın Mərkəzi Asiya regionuna girişində olan problemləri İran yəqin ki, bilmir. Bəlkə də dərk edə bilməz. Rusiyanın Mərkəzi Asiya regionuna girişi Qazaxıstandandır.

Qazaxıstanla Rusiyanın arasında logistika, energetika sahəsində olan problemlər bəlkə də yaxın 10 ildə həllini tapa bilməyəcək. Çox spesifik problemlər var. Rusiya ilə Qazaxıstanın Şərqi Rusiyaya bitişib və Qazaxıstanın qərbi və şərqi arasında bəlkə də 10 min km məsafə var. Xəzərdən neft, qaz aparmaq əvəzinə Rusiyadan neft, qazı götürmək daha sərfəlidir. Rusiya isə bunu ağırlaşdırıcı şərtlərlə edir. Digər məsələlərdə də Qazaxıstan Rusiyaya maneçilik törədir. Rusiya qazının Qazaxıstan ərazisindən Özbəkistana gəlməsi hazırda ən uzun çəkən müzakirələrdən biridir. Özbəkistan RF-dən qaz almaq istəyir, amma Qazaxıstan isə hələki buna razılıq verməyib. İran bu problemləri bilmir. Rusiya isə öz problemlərini bilir. İran kor-koranə Xəzər dənizi istiqamətində 3-4 yerdən barrikada qurur ki, təki dəmir yolu əlaqəsi, qaz, neft svopu Azərbaycanın ərazisindən keçməsin. Rusiya Pakistanla əlaqələrə ciddi ehtiyaclıdır və bu istiqamətdə də iş görür. Amerikanın təsiri altından çıxmış Pakistanın Çinin təsiri altına düşməməsi üçün ikinci alternativ tərəfdaşdan ehtiyacı var. Çünki Pakistan Rusiyaya söykənərsə ABŞ-ın sanksiyalarına riayət etməyəcək. Bu çox vacib məsələdir. Çünki hətta İran-Pakistan-Hindistan qaz kəməri Pakistanın ərazisində dayanıb. Səbəb Pakistanın ABŞ sanksiyalarına əməl etməsidir. Belə vəziyyətdə Rəşt-Astara dəmir yolunda İranın özünün qoyduğu maneələrin barrikadalar səviyyəsinə qalxdığı dövrdə İranın Rəşt-Astara dəmir yolunun tikintisinin yubanmasında Azərbaycanı günahlandırması heç bir məntiqə, ağıla sığmır. Ümidimiz onadır ki, İran siyasiləri başa düşəcəklər ki, ağılsız, savadsız keçinmək mümkün deyil.



Rəşt-Astara dəmir yolunda Azərbaycanın siyasi iradəsinin göstəricisi kimi bizim orada yük terminalına malik olmağımızdır. Bu yolun üstündə tikilən 35 hektarlıq yük terminalı İranla Azərbaycan arasında bərabər şərikli mülkiyyətdir.İranda 17,5 ha ərazimiz var. Biz də bunu bilirik və heç vaxt da deməmişik ki, Azərbaycan Prezidenti siyasi, iqtisadi, diplomatik yolla tarixi Azərbaycan torpaqlarının 17,5 hektarını özümüzə qaytardı. Çünki bizim üçün normal iqtisadi-logistik məsələsidir. Mayın 24 -də Moskvaya səfərdən bir gün öncə Azərbaycan Prezidenti İran prezidentinə diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı təbrik məktubu göndərdi. Bu da Azərbaycanın siyasi iradəsidir.

V.Putin Azərbaycanın bu layihəyə mümkün qədər çox tez qoşulmasına hədsiz israrlıdır. V.Putin üçün bu layihə üçtərəflidir. İran Azərbaycanı heç yerdə görmək istəmədiyi kimi, burada da Azərbaycanı görmək istəmir.

Rusiya-Azərbaycan-İran dəmir yoluna dair verilişdə Rusiya-İran-Hindistan bayrağını göstərir. İranda bir qrup söyüşlə çörək qazanan, ailəsini dolandıran plast yaranıb. Bu söyüşün də əsas ünvanı Azərbaycandır. Sizin üçün mürəkkəb dövrdə Çin, ABŞ, ərəb dünyası ilə geosiyasi münasibətlərinizin yeni sistemə keçdiyi dövrdə Rusiyanı da aşkar düşmən kateqoriyasına qoyursunuz və RF belə başa düşdü ki, İranla münasibətlərdə Rusiya üçün ən təsirli vasitə məhz Azərbaycandır. Siz, İran bunu sübut etdiniz.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiya Mərkəzi


Xəbər 1247 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +