AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


17.05.2023  11:55 

“Azercell “Torqovı“da ilişib qalıb“ - Ekspert





A+  A-

"Baxıram ki, ölkənin ən öndə gedən mobil operatoru "5G-nin sınaqdan keçirilməsi haqqında" məlumatı beynəlxalq konfrans iştirakçıları ilə bölüşür. Hətta qürurla bununla bağlı açıqlama da yayır".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış edib.

O.Gündüz bildirib ki, bununla da sanki regionda rəqəmsal mərkəzə çevrilmək niyyətini ortaya qoyur:

"Hansı ki, bu gün konfrans zalında onlarla yanaşı əyləşən regionun bütün ölkələri Azercell-in qeyd etdiyi sınaq işlərini illər öncə başa vurub və hazırda 5G-nin real, işlək şəbəkəsini qurublar. Hazırda isə onun üzərində biznes qururlar.

Azercell isə 5G-dən istifadə etmək istəyənləri test etmək üçün Torqovı-ya yönəldir, neçə ildir ki, bu nəhəng operator hələ də Torqovıda ilişib qalıb. Sadəcə biabırçılıqdır. Ən doğrusu o olardı ki, Azercell aidiyyatı qurumlara, RİNN-ə müraciət edib, işçi qrupları yaradıb, uzun illər 5G tezliyinin üstündə "oturanlarla" problemi həll edəydi. Bu problemin həllində dövlət qurumları ilə bərabər operatorlar da yaxından iştirak etməlidir".

O.Gündüz əlavə edib ki, Azercell və digər operatorlar təşəbbüs göstərəydilər, 5G-nin üstündə "oturanlarla" dil tapıb, hökümətə bununla bağlı təkliflər verəydilər:

"Belə görünür ki Azercell və digərləri müftə, göydəndüşmə tezlik gözləyir. Yəni, dövlət qurumu, RİNN, İKTA gedib 5G tezlik sahibləri ilə danışmalı, onlara pul ödəməli, yalvar-yaxar etməli və operatorlara bu tezliyi hədiyyə etməlidir. Belə olan halda, mən təklif edərdim ki, əgər 5G tezlikləri üçün onun indiki sahiblərinə büdcədən kompensasiya ödənilib operatorlara veriləcəksə, bu tezlik resurslarının ödənişlərinə yenidən baxmaq da doğru olardı".

Xəbər 1635 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +