AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


17.05.2023  11:30 

“Bu bütün Bank sektoruna baş ağrısı gətirəcək”





A+  A-

"Günay Bank”ın Azərbaycan Bank bazarına yenidən daxil olması zatən müəmmalarla, suallarla dolu idi. Hətta 2018-də sədr müavini 100 mln. manat, 2021-də isə filial rəhbərlərindən biri 53 mln. manat mənimsəmə iddiası ilə saxlanılmışdı.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə iqtisadçı ekspert Natiq Cəfərli çıxış edib.

N.Cəfərli bildirib ki, ümumiyyətlə, 90-ların biznes və siyasi elitası ciddi problemdir, amma indi “Günay Bank” ləğv edildisə bunun bütün Bank sektoruna təsirlərini azaltmaq üçün təcili tədbirlər görülməlidir:

“Bankda depoziti olan bütün vətəndaşların əmanəti tez və süründürməçilik olmadan, maksimum 1 ay ərzində qaytarılmalıdır. Əgər vətəndaşların depozitləri ilə bağlı problemlər yaşanarsa, bu bütün Bank sektoruna baş ağrısı gətirəcək – zətən ölkədə müasir bank sistemi yoxdur, inhisarçılıq olan sahədir, bizim banklar hələ də 19-cu əsrin Bank məntiqi ilə işləyirlər, ancaq depozit götürüb yüksək faizlə kredit verməklə pul qazanırlar”.

İqtisadçı ekspert əlavə edib ki, 21-ci əsrin bankları başqa cür işləyirlər, onlar artıq çoxdan investisiya mərkəzlərinə çevriliblər, bizdə investisiya bankçılığı yoxdur, bu da nə Mərkəzi Bankın, nə də bank sisteminin günahı deyil – siyasi sistem və idarəetmə problemidir...

“Günay Bank” bağlandı, sırada hansı banklar var?

Digər iqtisadçı Qubad İbadoğlu Azərbaycanın ən qədim kommersiya bankı olan, 1992-ci ildə yaradılan “Günay Bank”ın lisenziyasının ləğv olunmasını belə dəyərləndirib:

“Beləliklə Azərbaycanda bankların sayı 25-dən 24-ə düşdü. Bu qərar bank sektorunda inhisarlaşma meyllərini daha da gücləndirəcək və kiçik banklara müştəri etimadını aşağı salacaq. “Günay Bank”-ın ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0,6%, kredit portfelində 1%, sektorun öhdəliklərində isə cəmi 0,5% təşkil edirdi. Bu qərarın yaratdığı narahatığı azaltmaq üçün Mərkəzi Bank açıqladığı press-relizdə qeyd edir ki, “kiçik bankın bağlanması bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır". Belə çıxır ki, iri bankların hökmran mövqeyini möhkəmləndirmək üçün xırda banklar qurban veriləcək. Belə proqnozu aylar öncə açıqlayanda “Günay Bank”ın və başqalarının adını da çəkmişdik. Onu da əlavə edim ki, Azərbaycanda ən böyük 3 bankın (Beynəlxalq Bank, Paşa Bank və Kapital Bank) bazar payının dinamikası son illərdə bank bazarında inhisarçılığın artdığını göstərir. Belə ki, 2019-cu il ilə müqayisədə 2022-ci ildə ən böyük 3 bankın aktivlər üzrə bazar payı 9 faiz bəndi artaraq 65 faiz, depozit portfeli üzrə bazar payı 13 faiz bəndi artaraq 70 faiz, kredit portfeli üzrə bazar payı isə 8 faiz bəndi artaraq 48 faiz olub. Bankların illik mənfəətinin təxminən dörddə üçü də məhz bu üç banka çatır”.

Xəbər 1167 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +