AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


16.05.2023  13:50 

5G ilə bağlı regionda vəziyyət: Azərbaycan niyə geridədir?





A+  A-

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz 5G ilə bağlı regionda və Azərbaycanda mövcud vəziyyəti araşdırıb.

XəzərNews.az O.Gündüzün araşdırmasını olduğu kimi təqdim edir:

1. Qazaxstan

Ötən ildən 5G Qazaxstanın əsas şəhərlərində fəaliyyətə başlayıb. Tezliklər auksion vasitəsilə verilib. 5G üçün auksiona çıxarılan bir tezlik diapazonun 3.5 milyon $ start qiyməti 40 dəfə bahalaşaraq təxminın 126 milyon dollar olub. Bu ölkədə bir neçə operatorlar birləşərək lisenziyanı udub. Operatorlar bir ildə əsas şəhərlərdə 400-dək baza stansiyası quraşdırmalıdır. 3 il ərzində ölkənun 75% baza stansiyası ilə əhatə olunmalıdır.

2. Gürcüstan

Ötən ildən Tbilisi, Batumi və Kutaisidə pilot 5G şəbəkələr qurulub. Zəruri tezliklər auksion üçün hazırlanıb. Qaydalar, şərtlər də hazırlanıb. Tezliklər auksion qaydada veriləcək. Cari ilin aprelində artıq auksiona çıxarılıb. Avropa İttifaqının standartlarını əsas olaraq qəbul ediblər. Qalib operatorlar üçün Virtual mobil operatorlara şəbəkəyə giriş imkanı vermək məcburidir. Bir tezlik üçün auksionda start qiymət 2 milyon dollardan başlayır.

3. Ermənistan

Cari ildə iki operator, MTS Armenia və Telekom Armenia operatorları 5G lisenziyasını alıblar. Tezliklər müsabiqə əsasında verilib. Operatorlar iki il ərzində Ermənistanın əsas şəhərlərində 5G infrastrukturu qurmağı öhdəliyə götürüblər. Tezlik üçün birdəfəlik ödəniş haqqı, bir operator üçün təxminən 2.5 milyon $ olub.

4. Özbəkistan

5G ilə bağlı tezliklər təmizlənib, 2019-dan test olunur, ötən ilin sonundan operatorlar üçün müsabiqəyə çıxarılıb. Cari ilin əvvəli Uztelekom operatoru bütün ölkə üzrə şəbəkəni formalaşdıfmağa və 5G xidmətini təqdim etməyə başlayıb.

5. Azərbaycan

Təəssüf ki, bu sahədə Azərbaycanda vəziyyət digər qonşu ölkələrdən xeyli geri qalıb.
Uzun illər bu istiqamətdə hazırlıqlar olmayıb. DRİ və İKTA tərəfindən müəyyən işlər aparılsa da, konsepsiya hazırlansa da hələlik 5G ilə bağlı hökumətin təsdiqlənmiş, aydın bir yol xəritəsi yoxdur. 5G üçün zəruri olan tezliklər başqa radioxidmətlər, hətta TV kanallar tərəfindən istismar olunur. Onların geri alınması istiqamətində uzun illər işlər aparılmayıb.

Hökumət bu tezliklərin 5G üçün geri alınması, kompensasiya qaydaları qəbul etsə də hələlik bu sahədə irəliləyiş yoxdur. 5G tezliklərin mobil operatorlara hansı qaydada veriləcəyi də qeyri-müəyyəndir, bununla bağlı açıqlamalar yoxdur.

Bu gün, nazir Rəşad Nəbiyev bildirib ki, 5G lisenziyasını ilk olaraq Azercell alacaq.

Osman Gündüz
AİF prezidenti


Xəbər 1354 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +