AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


15.05.2023  20:11 

Sinan Oğanın çətin və sadə seçimi... - ŞƏRH





A+  A-

Sinan Oğan çox çətin seçim qarşısındadır. Bir tərəfdən Ərdoğanla bazarlığa oturub özünə vəzifə qazana bilər. Amma bu halda həm Kılınçdaroğlundan, həm də Ərdoğandan narazı yeniləşmə tərəfdarından ibarət 3-cü gücün liderliyinə iddiasından əl çəkməlidir.

Həm də onu nəzərə almaq lazımdır ki, seçkilərdə qələbədən sonra Ərdoğanın ondan heç bir asılılığı qalmayacaq. Sinan Oğanın partiyası parlamentdə təmsil olunmayıb. Bu halda onun MHP-yə qayıdıb yenidən Baxçalıya beyət etməkdən başqa çarəsi qalmayacaq.

Digər tərəfdən Kılınçdaroğlunu dəstəkləyib məğlublar sırasında da yer ala bilər.

İkinci turda Kılınçdaroğlunun qalib gəlməsi ehtimalı var, amma o qədər də böyük deyil. Kılınçdaroğlu prezident seçilərsə, Oğan özünü bu qələbənin əsas memarı elan edə biləcək və nüfuzu artacaq. Əksi olarsa, Oğan dəyişikliklər üçün mümkün olan bütün qurbanlara getməyə hazır olduğuna əmələdə sübut etdiyini bildirib, Kılınçdaroğlunun məğlubiyyətinin şəriki olmayacaq. Narazı elekloratın liderlərindən biri kimi yenə də nüfuzu artacaq.

Əslində Oğanın qarşısında duran seçim çox sadədir: ya "soğan olsun, nağd olsun" məsəlini rəhbər tutnalıdır, ya da ki...

Sadə olduğu qədər çətin seçimdir.

Xüsusilə Sinan Oğanın Azərbaycan türkü olduğunu nəzərə alsaq...

Rauf Mirəqdirov

Xəbər 1245 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +