Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


11.05.2023  16:31 

Yeni Klinikada nə baş verib? - Açıqlama





A+  A-

"Bir neçə gün öncə səhər saat 7:00 radələrində TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikaya müayinə üçün müraciət edən Hüseynov Elxan Hüseynbaba oğlu adlı şəxs klinikanın növbə gözləmə aparatına yaxınlaşaraq aparat vasitəsi ilə özü üçün növbə götürdükdən sonra müəssisəyə gəlməyən daha 3 nəfər üçün də növbə götürmək istəyib".

XəzərNews.az xəbər verir ki, bunu Klinikanın mətbuat katibi İlham Məmmədzadə bildirib.

Onun sözlərinə görə, müəssisənin tibbi qeydiyyatçı vəzifəsində işləyən əməkdaşı ona qanunvericiliyin tələblərinə əsasən müəssisədə olmayan şəxslərə növbənin verilməməsi barədə məlumat versə də, qarşı tərəf buna kəskin etiraz edib:

"Vətəndaşa təkrarən bunun qanunazidd olduğunu bildirdikdən sonra H. Elxan ətrafda olan çox sayda şəxslərin yanında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər törədərək, klinika əməkdaşının şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaq məqsədi güdən “şərəfsiz”, “küçük” kimi təhqiramiz ifadələr işlədərək “səni işdən çıxartdıracam”, “başına oyun açacam” deməklə hədə-qorxu gələrək ondan müəssisədə olmayan üç nəfər üçün növbə sənədi verməsini tələb etməkdə davam edib.

Vətəndaş hamının gözü qarşısında qeydiyyatçının əlində olan növbə sənədlərini almaq üçün onun üzərinə hücum edərək ona zor tətbiq edib sağlamlığına zərər yetirmiş, qollarını yaralayıb.

Bu faktla əlaqədar olaraq Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin vasitəsilə məhkəmə-tibbi ekspertizasından keçirilib. Bundan əlavə Hüseynov Elxan Hüseynbaba oğlu qanunvericiliyin tələblərinə zidd olaraq heç bir icazə olmadan gizli surətdə müəssisənin daxilində video və foto çəkilişlər edib.

İctimai yerdə, çox saylı vətəndaşların yanında klinika əməkdaşının üzərinə hücum edərək ona zor tətbiq edib, bədən xəsarəti yetirdiyi, əxlaqa zidd sözlərlə onu təhqir etdiyi üçün Hüseynov Elxan Hüseynbaba oğlunun cinayət məsuliyyətinə cəlb olunması üçün Bakı Şəhəri Nizami rayon Prokurorluğuna müraciət edilib.

Hazırda ibtidai araşdırma aparılır".

Xəbər 836 dəfə oxunub.




08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +