Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


02.05.2023  11:29 

PUTİN “VAŞİNQTON PLANI”na NƏ DEYƏCƏK?





A+  A-

2018-ci ildə Qərbyönmlü Paşinyanın hakimiyyətə gətirilməsi ilə başlayan Ermənistan-Rusiya münasibətlərindəki gərginlik artıq son mərhələsinə - qırılma xəttinə qədəm qoyur.

Nikol Paşinyan Ermənistanı Avropa İttifaqına və NATO-ya aparmaq üçün 2 mühüm problemi mütləq həll etməlidir: birincisi, münaqişəli situasiyadan - Qarabağ problemindən birdəfəlik qurtulmalı; ikincisi, Ermənistanı Rusiyanın qurduğu və idarə etdiyi hərbi blokdan - KTMT-dən çıxarmalıdır.

Çünki bu iki problem mövcud olduqca, Ermənistan Avropa İttifaqına və NATO-ya üzv ola bilməz.

Ermənistanın Azərbaycanla 44 günlük savaşdakı məğlubiyyətini 2 ildir hərbi müttəfiqləri Rusiyanın onlara kömək etməməsi faktıyla əsaslandırmağa və Ermənistanda anti-Rusiya əhvalını yüksəltməyə, beləliklə də, KTMT-də qalmağın heç bir mənasının olmadığını cəmiyyətinə göstərməyə çalışan Paşinyan indi Qarabağa iddiadan imtina durumuna düşməsini də məhz “Rusiya amili” ilə izah etməyə can atır...

Şübhəsiz ki, onun bu davranışları nəinki Ermənistanı, bütövlükdə Cənubi Qafqazı əlində saxlamağa çalışan Rusiyanı qəzəbləndirməklə yanaşı, alternativ tədbirlər görməyə də vadar edir.

Rusiya, bir tərəfdən, Qərblə hərbi sahədə yaxınlaşmamaq öhdəliyi qarşılığında Azərbaycanın öz ərazi bütövlüyünün bərpasına olduqca dözümlü yanaşır, o biri tərəfdən də, Ermənistana göstərir ki, o, əlini tam çəkəcəyi təqdirdə, Azərbaycan nəinki Qarabağı öz nəzarətinə qaytarmaqla kifayətlənməyəcək, üstəlik, tarixi əraziləri olan Qərbi Zəngəzuru, hətta İrəvanı belə, tutmağa çalışacaq.

Görünən odur ki, Azərbaycan hakimiyyəti də, 44 günlük savaş müddətində olduğu kimi, ondan sonrakı müddətdə tutduğu hərbi və diplomatik ritorikayla erməni cəmiyyətində Rusiyanın onlar üçün bir “təhlükəsizlik zəmanətçisi” olduğu fikrini yaradıb və bununla da Rusiyanın Ermənistanı öz orbitində qoruyub saxlamaq siyasətinə kömək edib.

Məsələn, Azərbaycan, bir tərəfdən, hər an xatırladıb ki, əgər Paşinyan rəsmi Bakının təklif etdiyi şərtlər əsasında sülh sazişini imzalamasa, Azərbaycan əsgərinin Ermənistanla qeyri-müəyyən sərhədlərdə irəliləyişi davam edəcək; o biri tərəfdən də, təbliğat resurslarında Rusiyanın separatçı ermənilərə kömək etdiyi, hətta silahlandırdığı fikrini tirajlayıb, ancaq eyni zamanda Qarabağdakı rus sülhməramlılarıyla hər hansı hərbi toqquşma riski də yaratmayıb...

Azərbaycan tərəfi çox yaxşı bilir ki, Rusiyaya Qarabağ yox, Ermənistan hakimiyyətini yenidən öz nəzarətinə qaytarmaq, rəsmi İrəvanın Qərbə inteqrasiyasının önünü kəsmək lazımdır və o, Qarabağdakı separatçı rejimdən də məhz Ermənistanın daxili siyasətinə təsir məqsədiylə yararlanır, Paşinyanın mövqeyinə alternativ siyasət isə Xankəndidə hazırlanır: Rusiya sadə erməniyə göstərir ki, hələ də onların yeganə himayəçisi Kremldir, Kreml onların qayğısına Qərbpərəst Paşinyandan daha çox qalır, Rusiya hərbçiləri olmasa, nəinki Qarabağdakı ermənilərin həyatı, hətta Ermənistanın sərhədləri belə təhlükəyə düşəcək...

Elə Rusiya prezidenti Putinin 2022-ci ilin 28 oktyabrında “Valday”da erməni jurnalistlərin sualına cavabında söylədiyi fikirlər də məhz bu yöndəydi. Xatırlayırsınızsa, Putin erməni jurnalistə açıqca dedi ki, müharibədə məğlubiyyətin əsas təqsirkarı Ermənistan rəhbərliyidir - əgər onlar vaxtilə Rusiyanın təklif etdiyi “5+2” variantını qəbul etsəydilər, belə faciəvi durumla üzləşməzdilər. Üstəlik, Putin onu da xüsusi vurğuladı ki, əgər erməni xalqı və Ermənistan hakimiyyəti Azərbaycanın Qarabağ üzərində suverenliyini nəzərdə tutan “Vaşinqton planı”na razılıq verəcəklərsə, Rusiya da bunu dəstəkləyəcək, onların seçiminə diktə etməyəcək...

Beləliklə, indi “Vaşinqton planı”nın nələrdən ibarət olmasının, xüsusən də Qarabağ ermənilərinə Qərb masasında nələrin təklif edildiyinin artıq rəsmən açıqlanma mərhələsindəyik: Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri böyük nümayəndə heyətləriylə birgə mayın 1-də ABŞ-da görüşüblər, danışıqların detalları haqda isə hələ heç nə deyilmir və müzakirələrin hətta bir neçə gün davam edə biləcəyi vurğulanıb...

Rusiya da Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərini qəbul etməyə hazırlaşır.

Ancaq “Vaşinqton planı”ın ictimaiyyətə açıqlanmasından və Türkiyədəki seçkilərin nəticələrinin məlum olmasından sonra. Çünki bu müəyyənlikdən sonra Ermənistan Cənubi Qafqaz uğrundakı ABŞ-Rusiya savaşının ən qaynar nöqtəsinə çevriləcək və Paşinyanın aqibətini də məhz bu savaşdan kimin qalib çıxması müəyyənləşdirəcək...

İndi görək, Vaşinqton Azərbaycanla Ermənistan arasında sülh sazişini necə görür və Qarabağda yaşayan ermənilərlə bağlı Azərbaycanın təkliflərini qəbul edəcəkmi?

Elxan Şükürlü
Siyasi şərhçi


Xəbər 852 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +