Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


28.04.2023  12:46 

“Azdrama“ kollektivi Mehriban Ələkbərzadənin təqdimatına etiraz edir





A+  A-

Xalq artisti Azərpaşa Nemətovun vəfatından sonra Akademik Milli Dram Teatrına direktor təyinatı ilə bağlı müxtəlif versiyalar irəli sürülür.

XəzərNews.az Qaynarinfo-ya istinadla xəbər verir ki, həmin namizədlərin arasında Xalq artisti Nurəddin Mehdixanlı, Xalq artisti Bəsti Cəfərova və Əməkdar incəsənət xadimi, Gənc Tamaşaçılar Teatrının Baş rejissoru Mehriban Ələkbərzadənin adı hallanır.

Xalq artisti Bəsti Cəfərova belə bir iddiası olmadığını bildirib. Nurəddin Mehdixanlı isə mətbuata açıqlamasında deyib ki, "Azdrama”ya kimin direktor təyin olunmasından asılı olmayaraq, bu məsələdə kollektivin rəyini öyrənməyə ehtiyac var.

Dram Teatrında işləməyən bir qrup sənət adamı Mədəniyyət Nazirliyinə Mehriban Ələkbərzadənin "Azdrama”ya direktor təyin olunması üçün təqdimat göndərib. Amma bundan xəbər tutan kollektiv məsələyə etiraz edib.

Aktyorlar bildirib ki, "Azdrama”nın direktoru elə kollektivin arasından və onların razılığı ilə seçilməlidir. Aktyorlar "bura kənar adam gələ bilməz” deyə bildiriblər.

Mədəniyyət Nazirliyindən deyilənlərin əsassız olduğunu bildirilib.

Qeyd edək ki, mərhum, Xalq artisti Azərpaşa Nemətov aprel ayının 9-da dünyasını dəyişib. O, 2016-cı ildən Akademik Milli Dram Teatrının direktoru vəzifəsində işləyib.

Xəbər 2466 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +