“Sədərək”də yanğın oldu
Məsud Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi
Masazırda yol çökdü
41 bağça müdirinin işinə son verilib
Bu dəfə dələduzların hədəfi məşhurlar oldu
Azərbaycanda istilik tarifləri ARTIRILDI
“Melissa Park“dan daha bir NARAZILIQ
“Susuzluqdan çox əziyyət çəkirik, belə yaşaya bilmirik” - VİDEO
Şahin Şıxlinski axtarışa verildi
Kredit mütəxəssisi ailə üzvlərinin adına kredit ayırıbmış


26.04.2023  19:16 

Milyon manatlıq narkotik məhv edildi





A+  A-

Aprelin 26-da 1964 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 4 ton 646 kq 593, 396 qr və 80944 ədəd həb müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr, eləcə də 39031 ədəd çətənə bitkisi, həmçinin güclü təsiredici maddələr aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.

XəzərNews.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Məlumata görə, proses Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilib. Məhv edilən narkotik vasitələrin qara bazardakı qiyməti 233 milyon AZN təşkil edir.

Müvafiq məhkəmə hökmlərinə əsasən məhv edilən narkotik vasitələr üzrə 40 fakt gömrük orqanları tərəfindən aşkar olunub.

Ümumilikdə gömrük orqanları tərəfindən qanunsuz dövriyyədən çıxarılan 941 kq 913 qr heroin, 416 qr kokain, 10 kq 35 qr qurudulmuş marixuana, 7 kq 939 qr həşiş qətranı, 4 kq 920 qr tiryək, 796 həb metadon, 7 qr çətənə narkotik vasitələr, 298 qr Metamfetamin, 575,388 qr MDMB 4en PİNACA, 3015 həb MDMA, 1607 həb Diazepam, 891 həb Clonazepam, 195 həb Alprozolam, 2 həb Oxazepam, 926 həb Phenobarbital 100 psixotrop maddələr, 1522 kapsul Preqabalin, 300 həb Tramadol, 299 həb Ergotamin, 189 həb Gabapentin güclü təsiredici maddələr yandırılaraq məhv edilib.

Dövlət Gömrük Komitəsi tərəfindən məhvetməyə təqdim edilən narkotik vasitələr və psixotrop maddələrin Avropa qara bazarlarında orta pərakəndə satış qiyməti 41.314 000 (qırx bir milyon üç yüz on dörd min) Avrodan çoxdur.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, gömrük orqanları tərəfindən qanunsuz dövriyyədən çıxarılan 941 kq 913 qr heroinin təxminən 99%-i cənub sərhədlərindən ölkə ərazisinə daxil olan, Azərbaycandan tranzit keçirilməklə müxtəlif Avropa ölkələrinə nəql edilməsi nəzərdə tutulan narkotik vasitədir.

Xəbər 2426 dəfə oxunub.



30.07.2025  18:20 

“Sədərək”də yanğın oldu

30.07.2025  16:42 

Masazırda yol çökdü

30.07.2025  15:53 

Prezident 10,5 milyon manat ayırdı

30.07.2025  12:42 

Şıxlinskinin oğlu həbsdə qaldı

30.07.2025  12:33 

DSX-dən narkotik əməliyyatı

30.07.2025  11:11 

Sərxoş kişi Kür çayında batdı


BÜTÜN XƏBƏRLƏR +