Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


22.04.2023  12:32 

Bayramdan sonra… - Bayram?





A+  A-

Bu il də 11 ayın Sultanını gərgin müzakirələr fonunda yola salırıq. Hər il yaşanan “ənənəvi olay” – bayramın hansı günə təsadüf edib-etməməsi - bu il də təkrarlandı. Bu acı mənzərə, əlbəttə təəssüf hissi yaratmaya bilməz. Əslində isə, rəhmət və bərəkət ayı olan Ramazanda yüzillərin “fikir ayrılığının” bugünədək çözülməməsi gerçək İslam həmrəyliyinin real olaraq qeyri mövcudluğunu bir daha isbatlamış oldu. Məsələnin bu tərəfinə “nəzər” salmaq fikrimiz olmasa da, bu gerçəkliyi etiraf etməliyik və bunun məsuliyyəti birbaşa olaraq özünü İslam dünyasının “başbiləni” hesab edənlərin üzərinə düşür.

Allaha qayıdış və dönüm ayı olan Ramazan 30 gün könül baxçamızın ən əziz qonağı oldu. Bu ayda ruhumuzun ən munis nidalarını ərşi-əlaya ünvanladıq, Yaradandan bağışlanmağımızı, bizi haqq yoluna yönəltməyi, ağıl və imanımızı kamil etməyi, rəhm və mərhəmətini bizdən əsirgəməməyi dilədik. Peyğəmbərimiz (s) buyurub: “Rəcəb Allahın, Şaban mənim, Ramazan isə ümmətimin ayıdır”. Allah-Təala nə Rəcəb, nə də Şaban ayında bəndəsinə oruc tutmağı vacib buyurmayıb, lakin ümmətin ayını daha şərafətli edib.

Hər il olduğu kimi, yenə də Ramazanın son günlərində daha ciddi olan 3 məsələ ilə bağlı ziddiyyətlər – narahatçılıqlar ortaya çıxdı.

Birincisi, Fitrə zəkatıdır…

İlk növbədə QMİ-nin Fitrə zəkatı ilə bağlı Fətfası gərgin müzakirələrə səbəb oldu. Deməli, burada problem bizim məntiqimizlə - yanaşmamızla, zənnimizlə, gümanımızla həll olunmur. Dinimiz bu məsələdə kifayət qədər alternativ yollar buyurur.

Fitrə zəkatı orucluğun tərkib hissəsi olaraq İslamın gözəl ayinidir. Burada məqsəd həm də - ünvanlı paylaşmaqdır. Bu, nə deməkdir? Yəni, bir ay oruc tutub ac qalanların halını gördün, indi onların qarnını doyur, heç olmasa ən azı bir gün...

Əlbəttə, imkanı zəif olan 3 kq buğdanın pulunu, bir az orta olan düyünün, xurmanın qiyməti qədər fitrə zəkatı çıxara bilər. İmkanı lap çox olan isə bu məbləği istədiyi qədər artırmaqda ixtiyar sahibidir.

Fitrə çıxarılandan sonra sahibinindir. Onunla bağlı qərarı da yalnız fitrəni alacaq şəxs verə bilər. Fitrə zəkatını çıxaran adam özbaşına bazarlıq edib fitrənin çatacağı ünvana verə bilməz. Yalnız, onun icazəsi ilə edə bilər.

Digər mühüm məqam odur ki, çıxarılan fitrə mal şəkilində sahibinə çatdırılsa daha yaxşıdır. Məsələn, bir ev - ailə adambaşına 3 kq buğdanın fitrəsini çıxarıbsa, ancaq ona buğda almalıdır, yəni başqa şey, deyək ki, arpa ala bilməz.

Fitrə zəkatı çıxaranda diqqətli olmağımız tələb olunur. Belə ki, Fitr bayramı axşamı qürub vaxtı aşağıdakı şərtlərə cavab verən insanların Fitrə zəkatını verməsi vacibdir: həddi-büluğa çatmış olmalıdır; aqil olmalıdır; huşsuz olmamalıdır; yoxsul olmamalıdır;qul olmamalıdır.

Yəni, yoxsul olan şəxsin fitrə zəkatı çıxarması vacib deyil. Bir az da konkretləşdirsək, özünün və ailəsinin illik xərclərini təmin etmək imkanı olmayan və bu xərcləri təmin edə biləcəyi bir işi də olmayan şəxsə fitrə zəkatı vermək vacib deyil. Bu, birmənalıdır...

Yaşayış xərcləri dövlət tərəfindən təmin edilən hərbi xidmətdə olan əsgərlərin, yaxud həbsdə olan şəxslərin fitrə zəkatı şərtlər mövcud olduğu təqdirdə onların özlərinə vacibdir.

Ana bətnində olan uşaq üçün fitrə zəkatı yoxdur. Yalnız körpə günəş batmazdan öncə (şam namazına qədər) dünyaya gələrsə və ailənin bir üzvü hesab edilərsə, o halda onun fitrə zəkatı vacibdir.

Fitrə zəkatı adamın ruhunu toxdadır. Çıxarmagınız vacibdir.

Bayramı necə müəyyənləşdirmək olar?

Təəssüf ki, İslam coğrafiyasında dinin ayinləri, xüsusən də vacibatlarıyla bağlı təkcə məzhəblərə münasibətə görə deyil, həm də ölkələrin bir-birinə münasibətinə görə qiymət verilir.

Problem təkcə bumu? Əlbəttə deyil... Bu kimi problemlər əbədi deyil, keçici olur. Ona görə də üzərində çox dayanmaq istəmirəm.

Əsas problem bilirsinizmi, nədir?

Əsas problem din alimlərinin İslami ayinlərə və vacibatlara fərqli yanaşmalarıdır. Yəni, vahid konsepsiya yoxdur. Bu, təkcə İran və Türkiyənin də məsələsi deyil. Səudiyyə, Qətər kimi daha böyük oyunçular, Mister Hemfer kimi missionerlərin milyard dollarlıq yanaşmaları, ədəbiyyatları, fikir və düşüncələri gəzir İslam ölkələrində...

Hətta, 2021-ci ilin iyununda AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda “Oxunması zəruri olan kitablar siyahısı”na daxil olan “Mister Hemferin xatirələri” (İngilis casusunun etirafları) kitabı müzakirə edilib.

Bu da hələ son deyil: məzhəblərin özlərinin daxilində də alimlər bəzən fərqli düşünür. Və nəticədə bugünki kimi qeyri-muəyyənliyi yaşayırıq. Məsələn, əhli-sünnədə mövcud olan 4 məzhəbin fiqh məsələlərində fikirləri üst-üstə düşmür. Şiə alimləri arasında mövcud olan fikir ayrılıqları isə yetərincədir.

Belə olan halda biz nə etməliyik?

Allah-Təala bizə kitab - Quran göndərib. Müqəddəs kitabda nə edəcəyimiz barədə tezislər var. O tezislərdən yola çıxaraq məntiqimizi və ağlımız işə salmalıyıq. Məsələn, “orucu nə zaman açaq” sualına Quranın tezislərinə istinad edərək məntiqlə cavab verə bilərik:

Qurani-Kərimin "Bəqərə" surəsinin 184-cü ayəsində deyilir: “(Orucu) Sayılı günlərdə (tutun)”.

İlk baxışdan bu ayədə qeyri-müəyyənlik var.

Amma Allah-Təala bəndəsini bu qeyri-müəyyənlikdə - intizarda çox saxlamır. "Bəqərə" surəsinin növbəti 185-ci ayəsində isə belə buyurulur: "Quran Ramazan ayında nazil edilmişdir. Aya yetişən şəxslər oruc tutmalıdırlar".

Yuxarıda "Bəqərə" surəsinin 184-də ayəsində “sayılı günlər” deyərək bizi qeyri-müəyyənlikdə buraxan Böyük Yaradan artıq 185-ci ayədə “saylı gunlər”in Ramazan ayı olduğunu (1 ay) deyir. Ramazan ayı da 29 və ya 30 gün olur. Yəni, ay görülmədiyi təqdirdə 30 günə tamamlanır. Artıq 30-cu gün axşam vaxtı ayı müşahidə etməyə ehtiyac qalmır. O gün günəşin qürub etməsi ilə ikinci ay başlayır. Çünki Ramazan ayı 30 gündən artıq olmur.

Həzrəti Muhəmməd (s) buyurub: “Ramazan hilalını görəndə oruc tutmağa başlayın, Şəvval hilalını görəndə isə oruc tutmağa son verin. Əgər, bulud ucbatından hilalı müşahidə etmək mümkün olmasa, Şaban ayını 30 günə tamamlayın”.

Bu hədisi-şərifi əhli-sünnə alimlərindən Buxari də təsdiq edib.

Beləliklə, müəyyən səbəblərdən (bulud, duman) ayı görə bilmədikdə, biz gün sayı ilə orucumuzu tamamlaya bilərik.

Ramazan, yoxsa Fitr bayramı…

Bəzən təbrik statuslarında, mesajlarda “Ramazan bayramınız mübarək” deyə mətnlərə rast gəlirik. Əslində, Ramazan bayram deyil, hicri-qəməri təqvimi ilə aylardan biridir. Bu ayın içərisində biz oruc tuturuq. Ona görə, tövsiyyə olunur ki, bir-birimizi Fitr bayramı münasibətilə təbrik edək. Ərəbcə bayrama “iyd” deyilir və bu sözün kökü “ud”, yəni qayıdış mənasını ehtiva edir. “Fitr” kəlməsi həm də “orucu açmaq” “orucu başa vurmaq” mənasını daşıyır.

Fitr bayramı namazı ilə bağlı məzhəblərdə fərqli yanaşmalar var. Məsələn, şiə alimləri iddia edir ki, 12-ci İmamın (ə) insanların arasında olduğu dövrdə Fitr bayramı namazı vacibdir və camaatla qılınmalıdır. Hazırda, yaşadığımız dövürdə İmam (ə) yoxdur, ona görə də Fitr bayramı namazı müstəhəbdir və onu camaatla, yaxud fərdi namaz kimi qılmaq olar. Məsciddə caamatla birgə qılmaq isə bəyəniləndir.

Fitr bayramı namazının vaxtı bayram günü günçıxandan zöhr namazının vaxtınadək qılınmalıdır. Çox sadə namazdır: sübh namazı kimi iki rükət, yalnız birinci rükətin qunutunda 5, ikinci rükətin qunutunda isə 4 dəfə təkbir və istədiyiniz duanı oxuya bilərsiniz...

Fitr bayramınız mübarək!

Həzrəti Əli (ə) buyurur: “Allaha qarşı günah edilməyən gün bayramdır”.

Niyaz Niftiyev

Xəbər 2077 dəfə oxunub.




08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +