200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


18.04.2023  12:52 

“Azərbaycan imkan daxilində hər şeyi əldə etməyi düşünür” - Paşinyan





A+  A-

Cənubi Qafqaz regionunda sabitlik və sülh Qərblə Rusiya arasında konsensusa çevrilə bilər.

XəzərNews.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib.

“44 günlük müharibədən sonra Azərbaycan eyforiya içindədir və imkan daxilində hər şeyi əldə etməyi düşünür. Və onun qavrayışı əlavə olaraq beynəlxalq vəziyyət tərəfindən gücləndirilir. Faktiki olaraq Azərbaycan birbaşa və ya dolayısı ilə enerji və logistika qovşağına çevrilib və onun həm Rusiya, həm də bəzi Qərb ölkələri üçün əhəmiyyəti artıb. Amma bu vəziyyətdə həm risklər, həm də imkanlar var” - deyə Paşinyan bildirib.

O, qeyd edib ki, risklər demək olar ki, hər gün görünür:

“Burada Ermənistan və Gürcüstanın rolu heç də az deyil. Çünki regionumuz yenidən partlasa, ən azı enerji baxımından bu, həm Rusiya, həm də Qərb üçün problemə çevrilə bilər, enerjidən irəli gələn digər nəticələr də ola bilər”, - Paşinyan əlavə edib.

Xəbər 7782 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +