AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


17.04.2023  13:25 

Seriallardan niyə imtina edək?





A+  A-

Bu həyat bizə bəxş olunub ona görə ki, onu mənalı yaşayaq, özümüzə, yaxın ətrafımıza, valideynlərimizə, ailəmizə, uşaqlarımıza həsr edək. Və qısa həyatımızın hər bir dəqiqəsi bizim üçün qiymətlidir. Onun bircə anını başqalarına, tanımadığımız insanlara və ya faydasız işlərə sərf ediriksə, bu o deməkdir ki, yuxarıda sadaladıqlarıma həsr etməli olduğumuz vaxtı onlardan oğurlayıb sadəcə heçliyə hədiyyə edirik.

Sutkada 24 saat var. Bu müddət elə tənzimlənməlidir ki, onun üçdə birini sadə desək pul qazanmağa, üçdə birini istirahətə, şəxsi həyata, yerdə qalanını isə yatıb bədənimizin, beynimizin dincəlməsinə sərf edək. Edə bilirikmi?

Məni insanların öz vaxtını faydasız seriallara sərf etməsi qədər heç nə incitmir. Xüsusilə Türkiyə serialları. Onlar insan üçün faydalı heç nə göstərmir, heç nə vermir, məişət səviyyəsindən yuxarı qalxmır. Hətta tarixi mövzularda çəkilən serialları belə o qədər bayağılaşdırırlar ki... Mən tarixi mövzularda olan ekran əsərlərini izləməyi xoşlayıram. Amma inanın ki, Türkiyədə çəkilən tarixi serialları 3-4 bölümdən o tərəfə izləyə bilməmişəm. Demək olar ki, bir-birinə oxşar, "Tom & Jerry" fəlsəfəsi ilə çəkilir bu “dizi”lər. Mahiyyət yalnız qaçdı-qovdudan ibarətdir. Məqsəd isə nə qədər ki, tamaşaçı var, nə qədər ki “balıqlar başqa yerə üzməyib” vaxtı uzatmaq, insanların bir saniyəsini belə geri qaytara bilməyəcəyi zamanını əmməkdir.

Mən uzun illərdir seriallara baxmıram. Baxanlara da yaxşı baxmıram. Onlar nə özlərinin, nə zamanlarının qədrini bilir.

Bir neçə il əvvəl idi. “İçəridə” serialı yayımlanırdı. Təbii ki, mən baxmırdım və baxmadım da. Bir yaxın dost serialı o qədər təriflədi və tövsiyə etdi ki mən də baxım, diqqətimi cəlb etdi. Dedim ki, serial haqda mənə danışsın. 5-6 cümlədən sonra dedim gözlə, ardını mən deyim. Hətta sonunu da danışdım. Heyrətləndi. Mən belə bir filmə baxdığımı dedim. Bu, baş rollarını Di Kaprio və Matt Damonun ifa etdiyi “Köstebek” (The Departed) filmi idi.

Dərhal internetdə axtarış etdim. Gördüm ki, həqiqətən bu serial sözügedən filmin parodiyasıdır və “dizi” rejissorları da bunu gizlətmir. İndi bir sual edim: cəmi iki saatlıq bir filmi hər bölümü ən azı 2 saat olan 39 bölümə qədər uzatmağın mənası nədir? Özü də Allah qoymasa, bu hələ türk serialları içərisində ən az bölümü olanlardan biridir. Adamlar 100, 200, hətta 500 bölümdən yuxarı olan “dizi”lər çəkirlər. Bizim zamanı əldə etmək üçün çalışırlar. Bizim balıqlar da, o qarmağa ilişib həyatlarını su kimi israf edir.

Biz zamanımızı 5 dəqiqə də olsun tıxacda keçirmək istəməyən adamlarıq. Yaxşı, necə olur ki, həmin zamanın 50 qatını “uf” demədən seriallara qurban edə bilirik? Bilmirəm. Amma çoxsaylı insan qrupları bu tələdədir, çıxa bilmirlər, çıxmaq istəmirlər. Adam var, gün ərzində bir neçə serial izləyir. Tanrının ona bəxş etdiyi həyatı zay edir. Ölüm mələyi onun sinəsinə çökən zaman ola bilsin ki, yaxınları ilə xatırlayacağı bir anı belə olmayacaq. Və yarımçıq qalan sevimli seriallarının son bölümünü izləmədən gözlərini həmişəlik yumacaq. Həyat ona yenidən yaşamaq şansı verməyəcək.

Sonda “bəs nə edək” sualına cavab olaraq bir neçə qeyd:

- Televizordan tam imtina edin; (Ağıllı adamlar bunu çoxdan edib)

- Seriallara baxmayın; (O sizə heç nə verməyəcək, əvəzində zamanınızı alacaq)

Bəs sonra nə olacaq deyirsiniz: İnanın, bunu etsəniz, boş vaxtınızı faydalı etmək üçün qarşınıza o qədər işlər çıxacaq ki, özünüz də heyrətlənəcəksiniz.

Elnur Məmmədli
Yenisabah.az

Xəbər 905 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +