Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


14.04.2023  19:05 

Müəllimlər niyə hoqqa verir?





A+  A-

Yerlərdə sürünən təhsil, “vor-zakon” trendinə qoşulan müəllimlər, virtual köləliyə alət edilən şagirdlər...

Sosial şəbəkə trendləri günümüzdə dəbdir. Biri bir trend başlatsın, hamı özünü o axına qoşulmağa məcbur hiss edir. Böyük sürətlə başlayan və hər kəs tərəfindən tətbiq edilən sosial media trendlərinə yeni biri əlavə olundu. Son günlərin trendi də müəllim və şagirdlərin pilləkanlarda düzülərək qəribə pozalarda şəkil çəkdirmələri, bu görüntüləri əcaib musiqilər ilə montaj etmələridir.

İnsanlar niyə trendə qoşulmağa özünü məcbur hiss edir?

Əgər trendlər üçün bir bənzətmə fikirləşsək ən uyğun ifadə “sabun köpüyü” ifadəsi olar. Yəni trend deyilən hərəkətlər bir anlıq məşhurluq və anında unudulan davranışlardır, eynilə üfürülən köpüyün yox çıxması kimi. Trendlərin bu dərəcədə populyarlaşması texnologiyanın inkişafı ilə bağlıdır. 3-5 il əvvələdək başqa davranışlar dəb idi, gənclər şəhərdə flaşmoblar keçirirdi, rəqs, kitab oxumağa təşviq, yardımlaşma temalı trendlərdən gedir söhbət. Günümüzün trendi də hər gün dəyişir. Bir gün qırmızı alt paltarında foto çəkib paylaşmaq dəb olur, bir gün kamera qarşısında dirsəyini yalaya bilmək bacarığı yoxlanır, bir gün uşaqlıq fotosu nümayişi trendi dəb olur.
Sosial şəbəkələrdən istifadənin kütləviləşməsi çox sahəni iflic etdi, mətbuat ən çox zərər görən sahə oldu. Fotoqraflıq, reportyorluq kimi peşələri bir smartfon sıradan çıxardı. Smartfonların hər gün yeni seriyasının buraxılması fotoqrafiya sənətini öldürdü. Bu təkcə sosioloji təhlükə deyil, həmçinin, iqtisadi və psixoloji təsirləri də var.
Hedonizm və narsisizm ön plana çıxır, insanlar bir-birini təqlid edir, virtual yamsılama üsullarından həzz alır.

Günümüzdə smartfon terroruna məruz qalan nəsil var. Bu, 2000-ci ildə və ondan sonra doğulan nəsildir, fenomen videolarını təqlid edən və eyni videoları çəkməyə çalışan nəsil. Onlar texnologiyadan istifadə etməyi yaxşı bacarırlar, amma rəqəmsal savadları yoxdur. 11-12 yaşlı uşağın smartfonu anasından və atasından daha yaxşı istifadə etməsi, hər cür məlumatı rahatlıqla əldə edə bilməsi onun həmin məlumatlardan düzgün istifadə edəcəyi anlamına gəlməməlidir. O, əldə etdiyi məlumatlardan necə istifadə edəcəyi ilə bağlı məlumatlı deyil. Rəqəmsal savadlılıq təhsili uşaqlarla yanaşı ailələrinə də verilməlidir.

Məhrəmiyyət internetdə niyə paylaşılır?

İndi hamı hər şeyi kamera önündə edir, özünü buna məcbur hiss edir. İnstaqramda övladının bütün məhrəmiyyətini paylaşan analar, bütün gününü kamera qarşısında keçirən gənclər, həyat yoldaşı ilə məhrəm səhnələr çəkib paylaşan kişilər. Vəziyyət o həddə çatıb ki, yataq otağından belə canlı yayım açıb sosial şəbəkədə yayımlayanlar kütləviləşib.

Əvvəllər insanlar evlərində, həyatlarında etdiklərini bu qədər nümayiş etdirmirdilər.

İnternetin həyatımıza girdiyi ilk illəri nəzərdə tuturam. İllər keçdikcə insanlar virtual asılılığa istiqamətləndilər, indi əksəriyyət tamamilə texno-kölədir. Gündəlik həyatındakı hər addımını, yediyini, içdiyini, geydiyini kameraya çəkib paylaşanlar sürətlə artır. Kamera qarşısında pul üçün soyunanlar, ədəbsiz hərəkətlər edənlər, daha çox baxış qazanmaq uğrunda bütün dəyərlərindən keçən kütlə yetişib.

Sosial şəbəkələr həyatımızın mərkəzinə pərçimlənəndən sonra ənənəvi media da sıxışdırılıb. Əgər 10 il əvvəl desəydilər ki, zaman gələcək, hər kəsin öz saytı, səhifəsi olacaq, qəribə səslənərdi. Ənənəvi medianın qızıl dövründə bəlli media orqanları, jurnalistlər var idi və cəmiyyət onların yazısı ilə aydınlanırdı. Jurnalistin məsuliyyəti vardı, çünki onu və yazısını ciddi qəbul edən böyük bir oxucu, tamaşaçı kütləsi vardı.

Amma youtube həyatımıza girəndən sonra hər kəs bir kanal açıb öz xəbərini istehsal etməyə başladı. Nəticədə at izi it izinə qarışdı, nə doğru xəbər bilindi, nə yalan. Əlində smartfon telefonu olan hər kəs özünü jurnalist, reportyor hesab edir, istədiyini çəkir, istədiyini yayımlayır. Nə insan məhrəmiyyəti diqqətə alınır, nə etik davranış.

Trend uğruna ölənlər olur

Trendlər bəzən çox təhlükəli ola bilər. Təhlükəli yerlərdə çəkilən foto-trendlər səbəbindən faciəvi şəkildə ölən, yaralanan, şikəst qalan insanların varlığından əksəriyyətimiz xəbərdarıq. İnsanları təəccübləndirmək istəyən nəsil bir-biri ilə yarışa girib, əcaib geyim, qəribə makiyaj nümayiş etdirən gənclər çoxalıb.

Trendlərin sürətlə yayılmasının kökündə qısamüddətli pul qazanmaq istəkləri dayanır.

Əvvəllər imtahanlarda aldıqları qiymətlərlə yarışan gənclər indi paylaşdıqları foto və trendlərin bəyənmə və izləyici sayı ilə yarışır. Sosial şəbəkə kanalları monoton insanların formalaşmasına səbəb olub, o insanlar internet məkanında bir növ monopoliya yaradıblar.

İnsanlar bunu başqalarından fərqlənmək, fərqlənmək üçün edirlər, amma əslində, təqlid edirlər. Çünki trend təqliddir. Başqa bir şəbəkə istifadəçisinin etdiyi hərəkətin eynisini etmək trend olur. Trendlə fenomen olanlar da olur, əsl məqsəd də budur – asan yolla pul qazana bilmək istəyi. Amma hər yeni fenomen əvvəlkini unutdurur. Cəmiyyət olaraq sosial mediaya həddən artıq aludə olmuşuq. Bu vəziyyət bizi texno-qul, texnoloji kölə vəziyyətinə saldı. Trendlərə qoşulma məcburiyyəti hiss edənlərin demək olar ki, hamısı texnologiyanın köləsi olan insanlardır. İnsanlar əslində bunun zərərlərini bilirlər; amma təəssüf ki, axından dala qalmamaq istəyi güc gəlir. Yeganə həll yolu düzgün təhsil və əlbəttə ki, rəqəmsal savadlılıq haqqında məlumatlılığın aşılanmasıdır.

Sosial şəbəkə trendləri könüllü köləlikdir

Yəqin ki, amerikalı rəssam Endi Uorholun unudulmaz sitatını eşitmisiniz: “Bir gün hamı 15 dəqiqə məşhur olacaq”. Həmin gün dövrümüzdədir, hamı trendlərlə bir neçə dəqiqə də olsa məşhur ola bilir. Amma müəllimlərin bu trendlərə alət olması xoş mənzərə deyil. Müəllimlər müəllim olmaqdan uzaqlaşıb tiktoker olmaq yolunda sürətlə irəliləyir. Axı siz müəllimsiniz, şoumen, fenomen deyilsiniz.

Təhsil yerdə sürünür, uşaqlar savadsızlaşır, repetitor olmasa ali məktəbə qəbul statistikası sıfra düşəcək, müəllimlər bunu trend edib ictimailəşdirməkdənsə pilləkanlara düzülüb şəkil çəkdirir. Elmi nailiyyətlər trendinə qoşulun, olimpiada trendlərinə qoşulun, haqqı tapdanan həmkarınızın müdafiə trendini yaradıb ona qoşulun.

60 dil bildiyi halda bir direktorun hökmünə qurban olub işsiz qalan azərbaycanlı poliqlot müəllim İbrahim Cəfərovun müraciətinə qoşulmayan həmkarları indi nə məqsəd güddüyü bilinməyən trendə qoşulmaq uğrunda mübarizə aparır. Sosial şəbəkələrdə, təhsil qruplarında bu cür paylaşımların ardı-arası kəsilmir.

Şagirdlərin motivasiyası üçün çəkildiyini iddia edənlər, şagirdə summativlərdə, buraxılış və qəbul imtahanlarında “necə tiktoker olmaq olar?” sualı verilməyəcək. Təhsillə verin motivasiyanı, bilik yarışları ilə, olimpiadalarla verin. Nümunə olun ki, şagirdlərinizdən də nümunə görün.

Lalə Mehralı
Səs qəzeti


Xəbər 773 dəfə oxunub.




08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +