Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


14.04.2023  11:01 

Sərhəddəki hərbi toqquşmanın pərdəarxası – Bu, futbol deyil





A+  A-

İnternetdə yayılan videolar aprelin 11-də Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı qarşıdurmanın əvvəlcədən planlaşdırılmadığı barədə rəy yaradır. Kadrlardan görünür ki, erməni hərbçilərinin hələ müəyyən edilməyən sərhəddə istehkam işlərinə başlaması Azərbaycan hərbçilərinin etirazına səbəb olub. Əvvəlcə mübahisə, dava-dalaş baş verir, daha sonra silahlar işə düşür. Axşam saatlarında isə tərəflərin minaatan və artilleriya qurğularından istifadə etdikləri barədə informasiya yayıldı.

Əslində 7 nəfərin həlak olduğu, 13-14 nəfərin yaralandığı növbəti toqquşma, göründüyü kimi, spontan hadisə deyil, məqsədyönlü provakasiyadır. Bunu kim təşkil edib, nəyə görə edib, onu müəyyənləşdirmək üçün regionda siyasi-diplomatik müstəvidə cərəyan edən hadisələri nəzərdən keçirmək lazımdır. Beləliklə, nə baş vermişdi?

Baş nazir Nikol Paşinyan aprelin 10-da Ermənistanın Vayots Dzor vilayətinin Çiva kəndinin sakinləri ilə söhbətində “təhlükəsizlik bizim üçün çox böyük problemdir, gündəmimizdəki əsas məsələdir, bu problemi mərhələ-mərhələ həll etmək lazımdır”, – demişdi.

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin isə bildirmişdi ki, Rusiya KTMT müşahidəçilərinin Ermənistana göndərilməsi üçün İrəvandan cavab gözləyir. Diplomat bu qərarın Ermənistanın təhlükəsizliyi üçün vacib olduğunu bəyan etmişdi.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanda KTMT müşahidəçilərinin yerləşdirilməsi imkanından danışarkən “top İrəvanın tərəfindədir” demişdi.

Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sarkis Xandanyan isə Zaxarovaya kəskin cavab qaytarmışdı:

“Biz futbol oynamırıq, Ermənistanın təhlükəsizliyindən danışırıq. Məsələyə hərtərəfli yanaşmalar lazımdır, bir-birinə top ötürməkdə problem yoxdur. KTMT bütün tərəfdaşlarla, o cümlədən Avropa və Rusiya ilə əməkdaşlıq edən Ermənistana qarşı təcavüzə cavab verməli idi. Ermənistanın təhlükəsizliyi əsas prioritetimizdir. Biz geosiyasi gərginlik şəraitində Ermənistanın toqquşmalar teatrına çevrilməsində maraqlı deyilik”.

Onu da xatırladaq ki, aprelin 10-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Tehranda İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə görüşündə regiondakı təhlükəsizlik məsələlərini müzakirə etmişdi.

Dünən isə erməni mediası Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinkenin dəvəti ilə mayın ikinci yarısında Vaşinqtonda görüşəcəklərinə dair xəbər yaydı. Xarici İşlər Nazirliyindəki mənbə nəşrə bildirib ki, Vaşinqton platformasında danışıqların gələcəyi ilə bağlı tərəflərin yanaşmaları üst-üstə düşür…

Bu xronologiyadan hansı mənzərəni görürük?

Rusiya Paşinyan hökumətindən KTMT müşahidəçilərinin Ermənistana göndərilməsinə razılıq verməsini tələb edir. Bu tələb artıq diplomatik etiketi aşaraq, hədə formasını alıb. Amma İrəvan inadkarlıqla Moskvanın tələbini rədd edir. Ötən həftə Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdə nazir Ararat Mirzoyan bildirdi ki, KTMT müşahidəçiləri gəlməzdən əvvəl ötən ilin sentyabr ayında baş vermiş döyüşlər zamanı Ermənistana niyə kömək edilmədiyinə aydınlıq gətirilməlidir. Lavrov bu suala cavab verməyib və növbəti dəfə “müttəfiqlər” ortaq fikrə gələ bilmədən ayrılıblar.

Provokasiya Azərbaycan-Ermənistan sərhədində baş verib, həmin əraziyə yaxın yerdə Avropa İttifaqının (Aİ) müşahidəçiləri monitorinq aparır. Amma toqquşma zamanı bu heyətdən bir nəfər də olsun əraziyə gəlməyib. Nəticədə sərhədlərin toxunulmazlığı haqqında İrəvanda olan illüziyalar dağılıb və Rusiyanın arqumenti dəyər qazanıb. Moskva KTMT müşahidəçilərinin Azərbaycanla sərhədlərə yerləşdirilməsini bundan sonra daha uca səslə tələb edəcək. Ermənistanın mövqeyində hansısa dəyişikliklər olacaqmı, bunu demək çətindir. Yalnız onu qeyd etmək lazımdır ki, Paşinyan hökumətinə kifayət qədər təzyiq imkanları olan Vaşinqton və Brüssel KTMT-nin bölgəyə gəlməsinə qarşıdır. Qərb Azərbaycanı bundan daha artıq qıcıqlandırmaq istəmir, onsuz da bu qərar Bakı ilə münasibətləri kifayət qədər korlayıb. Ona görə, Brüsselin Ermənistan sərhədlərinə hərbi missiya göndərməsi inandırıcı deyil. Sülh danışıqlarının intensivləşdirilməsi üçün hər iki tərəfə davamlı təzyiqlərin artacağı daha çox ehtimal olunur. Bu halda, qarşılıqlı öhdəliklər yarana və hərbi təhdidlər aradan qalxa bilər.

Əliyev və Paşinyanın Vaşinqtona dəvət edilməsi, ABŞ-ın Münhendəki müzakirələri nəticə ilə başa çatdırmaqda qətiyyətli olduğunu göstərir. Şübhəsiz ki, Rusiya bu tendensiyadan ciddi narahatdır, İran da “düşmənlərin” regionda fəallaşmasından əndişə keçirir. Bu kontekstdə xarici işlər naziri A.Mirzoyanın Moskvaya, Armen Qriqoryqanın isə Tehrana çağırılması Paşinyan hökumətinə xəbərdarlıq kimi qiymətləndirilə bilər. İran diplomatiyasının “qırğılarından” olan Əli Şəmxaninin Qriqoryanla görüşdə “təhlükəsizlik” vurğusu həm də Ermənistana dəstək mesajıdır. Azərbaycanla münasibətləri son dərəcə gərgin olan İran rəhbərliyi Ermənistanı hərbi, iqtisadi cəhətdən gücləndirməyə, onun imkanlarından Azərbaycana qarşı istifadə etməyə çalışır. Amma bunun üçün Tehranın İrəvan qarşısında əsas şərti Qərbin bölgədə fəallığına imkan verməməklə bağlıdır.

Ermənistan kifayət qədər mürəkkəb vəziyyətlə üzləşib, daha doğrusu, Paşinyan hökuməti regionda qarşı-qarşıya dayanan güclərin arasında əzilməyə başlayıb. Bu gün ölkə ərazisində Rusiya sərhədçiləri, hərbi bazası, Avropa İttifaqının yarımhərbi missiyası, ABŞ-ın 2 min nəfərlik heyətlə regionda ən böyük diplomatik missiyası, İran konsulluğu və çox güman, onun həndəvərinə yerləşdirilmiş SEPAH qüvvələri var. Bütün qüvvələrin əlində əsas təzyiq vasitəsi münaqişə, ondan dolayı da Ermənistanın təhlükəsizlik problemləridir. Bu mərhələdə Azərbaycan geosiyasi ziddiyyətləri xeyli dərəcə Ermənistana ötürə bilib, amma təəssüf ki, bu qarşıdurmadan tam sığortalanması çətindir. Necə ki, dünənki provokasiyada daha 3 hərbçimiz şəhid oldu, bir neçəsi yaralandı…

Pressklub.az

Xəbər 3822 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +