Tramp Kanadaya bu taarifi 50%-ə qaldırdı
Azərbaycan kimi seçir: Türkiyə, yoxsa İsrail?
Bu Mərkəz nazirin arvadına 120 min icarə haqqı ödəyir
Moskvaya hücum: Qurbanların sayı artır
Leks Fridman təyyarə hücumundan necə sağ çıxıb?
Ciddədə Ukrayna - ABŞ danışıqları başladı
Qarabağ qazisi diasporu və QHT-ləri sərt tənqid etdi
Bakıda sürücünü maşından çıxarıb döydülər
Kimlər pulsuz ev alacaqlar?
Bu restoranın qarşısında diqqətli olun!


03.04.2023  09:32 

Şeyxin deputat kürəkəninin də diplomu saxta çıxdı





A+  A-

Milli Məclisin daha bir deputatının saxta diplomlu olması ilə bağlı şübhəli məqamlar üzə çıxıb.

Sözügedən şəxs Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin kürəkəni olan Əliabbas Salahzadədir (Milli Məclisin sabiq deputatı hacı Qalib Salahzadənin oğlu).

Belə ki, Əliabbas Salahzadə özünün Vikipediya səhifəsində 1995–1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində (ABU) təhsil aldığını qeyd edib. Ancaq özü də unudub ki, ABU-nun əsası 1995-də deyil, 1997-ci ildə qoyulub.

Bəs əsası 1997-ci ildə qoyulmuş universitetə Əliabbas Salahzadə 1995-ci ildə necə qəbul olunub?

Buradan aydın olur ki, Əliabbas Salahzadə ya 2 illik ali təhsil alıb, yaxud da hansısa yollarla ABU-nun saxta diplomunu əldə edib.

Daha sonra Əliabbas Salahzadə özünün Vikipediya səhifəsində qeyd edir ki, o, 2002-ci ildə Azərbaycan Respublikası Milli Aviasiya Akademiyasının Beynəlxalq Hüquq fakültəsində ikinci ali təhsili başa vuraraq hüquqşünas ixtisasına yiyələnib.

Həmçinin, Əliabbas Salahzadə ABU-dan aldığı saxta diplomun hesabına 2002–2003-cü illərdə cəmi 12 aylıq hərbi xidmət çəkib.

Bildirək ki, 2010-cu il sentyabrın 1-də təhsil naziri Misir Mərdanovun müvafiq əmri ilə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırılıb.

Xatırladaq ki, bir neçə gün öncə Milli Məclisin deputatı Cavid Osmanovun orta məktəbi bitirdikdən sonra saxta diplom və hərbi bilet alması barədə Demokrat.az-da araşdırma yazı dərc olunub./Demokrat.az

Xəbər 1301 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?

11.03.2025  14:37 

Yel çərşənbəniz mübarək!

11.03.2025  10:34 

Kimlər pulsuz ev alacaqlar?

10.03.2025  18:24 

Tofiq Yaqubluya hökm oxundu


BÜTÜN XƏBƏRLƏR +