Rusiyanı Çinin vassal dövləti adlandırdı
İlham Əliyev Suriya Prezidentini qəbul etdi
Mətbuat Şurası Rusiyanın Bakıdakı jurnalist - agentlərilə bağlı... - Bəyanat
Silah anbarında partlayış...-Ölənlər var
Moskvada avtomobil izdihamın üzərinə sürən şəxs saxlanılıb-YENİLƏNİB
ABŞ-dən Ukraynaya 500 milyon dollarlıq hərbi yardım
İsrail atəşə tutuldu
Özgür Özelin barəsində istintaq başladılıb
Rusiyanın hərbi təyyarəsi İrəvana endi
Tovuz döyüşlərindən beş il ötür


30.03.2023  18:14 

“Uşaq evində bizə sümük verirlər“ deyən uşağı dəlixanaya salıblar





A+  A-

Sosial şəbəkədə Bakının Xətai rayonu, 3 saylı uşaq evi ilə bağlı videoşikayət yayılıb.

Görüntülərdə müəssisədə qalan yeniyetmələrdən biri iddia edib ki, orada uşaqlar normal qidalandır, onlara quru çörək verirlər. Uşaq evinə gələn ərzaq onlara çatdırılmır: “Uşaq evinə gələn ərzağı aparırlar. Əti bişirirlər, sümüyünü bizə verirlər, özünü aparırlar. Meyvələri, südü aparırlar”.

Həmçinin görüntüləri yayılan yeniyetmənin sözlərinə görə, məktəbin direktoru onun ömürlük psixi sağlamlıq mərkəzinə yerləşdirilməsi üçün polis bölməsinə müraciət edib və telefonunu əlindən alıb.

Sosial şəbəkədə yayılan ittihamlarla bağlı 3 saylı uşaq evinin müdiri Məhbubə Hüseynova “Qafqazinfo”ya bildirib ki, həmin müəssisədə tərbiyə alan yeniyetmənin uşaq evində guya yeməklə bağlı problemlərinin mövcudluğuna dair səsləndirdiyi fikirlər tam əsassızdır: “2006-ci il təvəlludlu H.M. dəfələrlə uşaq evinin intizam qaydalarını kobud şəkildə pozub və ona dəfələrlə xəbərdarlıqlar edilib. Azyaşlının müəyyən psixiki problemləri olduğundan 2020-ci ildə Respublika Psixiatriya Xəstəxanasında (emosiya və davranışın pozuluşu diaqnozu ilə) müalicə olunub.

2018-ci ildə bir ailə tərəfindən övladlığa götürülməyinə baxmayaraq 2020-ci ildə həmin ailə məhkəmə qaydasında ondan imtina edib. İmtinaya səbəb onun ailə daxilində özünü apara bilməməsi və digər qanunazidd əməllər törətməsi olub. Həmçinin 2021-ci ildə doğma qardaşı onu uşaq evindən götürərək öz evinə aparıb və bir müddətdən sonra eyni səbəblərdən uşaq evinə qaytarıb”.

Uşaq evinin müdiri həmçinin əlavə edib ki, yeniyetmə martın 23-də ərazi üzrə polis əməkdaşları tərəfindən Respublika Psixiatriya Xəstəxanasına aparılaraq ora təhvil verilib.

Xəbər 2593 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb

11.07.2025  23:25 

Dənizdə batan şəxs xilas edildi

11.07.2025  22:58 

Anar Abdullayev həbs olunub

11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?


BÜTÜN XƏBƏRLƏR +