Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


28.03.2023  18:33 

Bakı bulvarında çəkiliş aparmaq üçün icazə lazımdırmı?





A+  A-

Media yazır ki, Bakı Bulvarında jurnalistlərin çəkiliş aparmasına qadağa qoyulub. İki arqument oxudum – 1-ci, Bulvar İdarəsinin Nimzanaməsində ərazidə çəkiliş aparılması üçün icazə alınması nəzərdə tutulubmuş; 2-ci, bulvarda dövlət sirri məzmunu daşıyan obyektlər varmış, yasaq onları qorumaq üçünmüş…

Hər iki aspekti beynəlxalq müqavilə, konvensiyaları rəfə qoyub, doğma-əziz, vətənpərvər qanunlarımızın işığında qısaca çək-çevir edək.

Jurnalist çəkiliş aparmaq üçün kimdənsə icazə-razılıq almalı, kiməsə xəbərdarlıq etməlidirmi? Əlbəttə. Yerli qanunvericilik alınması məhdudlaşdırılan məlumatları göstərir. Çəkiliş aparmaq da məlumat almanın bir formasıdır. Çəkiliş aparan jurnalist məlumat alarkən qanundakı məhdudiyyətləri nəzərə almalıdır. Qanun isə açıq şəkildə bu informasiyaların alınmasına məhdudiyyət qoyub: dövlət, peşə, qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aksiyalarına aid olan məlumatlar.

Şəxsi bilgilərə çatım məhdudiyyətə məruz qalır, jurnalist belə məlumatları çəkiliş aparmaq yolu ilə toplayırsa, lentə aldığı şəxsin özünü, yaxud onun qanuni nümayəndələrini xəbərdar etməli və onların razılığı olmazsa, çəkilişi dayandırmalıdır.

Həmçinin, jurnalist şəxsi həyata aid olmayan məsələlərlə bağlı vətəndaşlardan və vəzifəli şəxslərdən informasiya alan zaman onların çəkilişini həyata keçirirsə, bu barədə onlara xəbər verməlidir.

Terror əleyhinə aparılan əməliyyat zonasında jurnalist çəkilişləri də legitim məhdudiyyətə məruz qala bilər. Ancaq bulvar kimi ictimai yerlərdə, yəni, hamının gələ, gəzə, görə, müşahidə apara biləcəyi yerlərdə çəkiliş aparan jurnalistin çəkiliş aparması üçün kimdənsə icazə almasına ehtiyac yoxdur. Qanunvericilik ictimai yerlərdə jurnalistin peşə fəaliyyətini yerinə yetirməsinə hər hansı bir məhdudiyyət qoymur. Həm də belə yerlərdə çəkiliş açıq aparılır. Orada olan və kadra düşən şəxslər onların görüntülərinin alınmasına açıq olaraq etiraz etmirlərsə (görüntülərin yayılmasına etiraz etmək haqlarının olduğu da qeyd edilməli), çəkilişin aparılmasında hər hansı hüquqi problem yoxdur.

Bulvarda çəkiliş qadağasına göstərilən 2-ci əsas haqda. Dövlət sirri məzmunlu bilgilərə, obyektlərə çatımda qadağalar qoyula bilər. Hansıdır bu məlumatlar? Hərbi sahəyə aid; iqtisadiyyat, elm və texnika sahəsinə aid; xarici siyasət sahəsinə aid və kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti sahəsinə aid məlumatlar.

İndi özünüz çək-çevir edin, bulvarda varmı belə məzmunlu bilgi, obyektlər? Zənn edək ki, var. Varsa, hər kəs tərəfindən görülən, bilinəndir, ictimaidir. Onları gedib, Bibiheybət restoranlarında oturub daha rahat çəkmək, müşahidə etmək də olar. Odur ki, göstərilən bu əsas da tamamilə məntiqsiz, qanunsuzdur, jurnalist fəaliyyətini cilovlamaq niyyətindən başqa bir şey deyil.

P.S. Ümidvaram ki, hökumətimizin media, jurnalistika kökənli “ictimai rəy liderləri” bu axşam telekanallarda jurnalistlərin yeni üzləşdiyi yasağa haqq qazandırmaq yarışına çıxmayacaqlar.

Xalid Ağalı
Media hüququ üzrə ekspert


Xəbər 739 dəfə oxunub.




08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +