Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


27.03.2023  15:11 

Jurnalisti kim hədələyir? - Status





A+  A-

+1 (878) 258-4184 nömrəsindən vatsab vasitəsilə mənə təhdid və təhqir dolu zənglər daxil olur. Şamaxı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Mərdan Nəhmətov haqqında paylaşımdan sonra saxta profillər vasitəsilə təhdid edilirəm. Səs yazısı qeydə alınıb. Xahiş edirik, ölçü götürəsiniz.

XəzərNews.az xəbər verir ki, bu barədə konkret.az saytının rəhbəri Fadil Paşayev Daxili İşlər Nazirliyinə müraciətində deyib.

Qeyd dək ki, F.Paşayev bu gün səhər Şamaxı Rayon İcra Hakimiyyətinin Ərazi və yerli özünüidarəetmə şöbəsinin müdiri Mərdan Nəhmətovla bağlı aşağıdakı məlmatı paylaşıb:

- Şamaxı Rayon İcra Hakimiyyətinin ərazi və yerli özünüidarəetmə şöbəsinin müdiri Mərdan Nəhmətovla bağlı redaksiyamıza ilginc məlumatlar daxil olmaqda davam edir.
Qeyd edək ki, biz bu məlumatların əksəriyyətini yerindəcə araşdırmışıq. Əlimizdə kifayət qədər foto və sənədlər, səs yazıları və siyahılar var. Həmin məlumatları icra hakimiyyətinin email poçtuna göndərməklə qarşı tərəfin mövqeyini öyrənəcəyik də.
Sözüm onda deyil.

Sözümün əsas canı odur ki, Şamaxıda dəhşət yaşanır. Sakinlər boğaza yığılıb. Uzun illər saxta diplomla Qobustan Rayon Hərbi Komissarı işlədiyi iddia edilən Mərdan Nəhmətov təqaüdə çıxdıqdan sonra Tahir Məmmədovun dövründə şöbə müdiri vəzifəsinə işə düzəlib.

Yerlərdə icra nümayəndələrini, müavinləri, bələdiyyə başçılarını rüşvət müqabilində işə götürür. Bununla bağlı siyahı da var. Kimin nə qədər pul verdiyi ilə bağlı sübut və iddialar da mövcuddur. Lazım gəldikdə bəzi icra nümayəndələri bunu təsdiq edəcəklər.

İşin dəhşətli tərəflərindən biri də odur ki, Mərdan Nəhmətov hər icra nümayəndəsinə motorola telefonları verib və aylıq onlardan 20 manat pul toplayır. Bu adam əsl "istedad"dır. Daşdan da pul çıxarır. Daş dedim yadıma onların ailə məzarlığı düşdü. Deməli, rayonun təmiri zamanı alınan və ya sökülən daş üzlükləri doğmalarının qəbir daşlarına vurdurmağa cəhd edib. Deyəsən, qarşısı qismən alınıb.

Xülasə, torpaq və tikinti icazələrinə birbaşa Nəhmətovun nəzarət etdiyi deyilir.

Şamaxıda bir sıra bahalı yerlərdə torpaq və villalara, obyektlərə sahib olduğu barədə konkret fotoşəkillər və sənədlər var.

Kənd təsərrüfatı təyinatlı torpaq sahələrində tikintiyə icazə verən (bununla bağlı foto və səsyazıları var) Mərdan Nəhmətov törətdiyi qanunsuzluqlarla bağlı iddialara görəsən, nə cavab verəcək?

Xəbər 804 dəfə oxunub.




28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +