Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


26.03.2023  10:05 

Bağlanan banklar: Azərbaycanı nə gözləyir?





A+  A-

"Faiz dərəcələrinin artması səhmləri, istiqrazları, daşınmaz əmlakı və ABŞ dollarını ucuzlaşdıracaq".

Bunu amerikalı maliyyə şərhçisi və investor Robert Kiyosaki bildirib.

Qeyd edək ki, martın 22-də ABŞ-ın Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) faizlərini 0,25 faiz bəndi artıraraq 4,75 % - 5 %-ə qədər artırıb. Bu, 2006-cı ildən bəri ən yüksək səviyyədir.

Ekspert "Twitter" də yazıb ki, "FED sədri Pauel hər şeyi məhv etdi. Artan faiz dərəcələri səhmləri, istiqrazları, daşınmaz əmlakı və ABŞ dollarını çökdürəcək. Sonra nə olacaq? Sonrakı çöküş, kapitallaşması bir katrilyon dollar olan törəmə alətlər bazarında (fyuçers, opsionlar və s.) baş verəcək. Bir katrilyon dollar min trilyon dollara bərabərdir. Allah dünyamıza rəhmət eləsin".

Xatırladaq ki, martın 10-da Kaliforniya ştatının tənzimləyiciləri ABŞ-ın 20 ən böyük kommersiya bankından biri olan "Silikon Vadisi Bankı"nı (SVB) bağladılar.

Bu, 2008-ci il böhranından sonra ABŞ-da maliyyə institutunun ən böyük iflası idi. Bundan əlavə, səlahiyyətlilər sistemli risklərə görə Nyu-Yorkda yerləşən nəhəng "Signature Bank"ı bağladılar. Ardınca kripto yönümlü "Silvergate" bankının bağlandığı da məlum oldu.

Beləliklə, FED-in faiz artımının dolların ucuzlaşmasına səbəb olacağı təqdirdə, eləcə də bir sıra nəhəng bankların bağlanmasının Azərbaycana təsirləri gözlənilirmi?

İqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, baş verən proseslərin bizə birbaşa təsiri yoxdur, olsa belə ikitərəfli təsirdir:

"Əgər faiz dərəcəsinin qalxması ilə dolların ucuzlaşacağı deyilirsə, biz təcrübədə bunu görmürük. Yəni faiz dərəcəsi artanda ABŞ dolları digər valyutalara münasibətdə bahalaşır. Ancaq ola bilər ki, bu Amerikada qiymətlərin aşağı düşəməsinə aparıb çıxarsın.

Məhz məqsəd də odur, yəni faiz dərəcəsi ona görə artırılıb ki, Amerikanın daxilində qiymət artımı prosesinin qarşısını alsınlar. Eyni zamanda faiz artdıqca dollara tələbat artır və digər valyutalara münasibətdə dollar bahalaşa bilər".

Ekspertin sözlərinə görə, Azərbaycan valyutasına münasibətdə də bu bahalaşma gözlənilmir:

"Çünki paralel olaraq dünyada neftin də qiyməti bahalaşır, bahalaşmasa belə, sabit qalır. Bizim də valyuta ehtiyatlarımız artır və buna görə də manat sabit qalır.

Hətta bu gün dollar rəsmi məzənnədən ucuzdur. Yəni kurs 1,7 deyil, azdır. Sadəcə Mərkəzi Bank onu azaltmır ki, sabah problem yarananda yenidən dollar bahalaşmasın. Bu baxımdan da baş verənlərin manata heç bir mənfi təsiri yoxdur. Digər tərəfdən milli valyuta başqa valyutalara, məsələn, avroya münasibətdə bahalaşa bilər ki, bu da prinsipcə müsbət haldır. Bu o deməkdir ki, Avropadan malların alınması bizim üçün ucuzlaşacaq.

Ancaq bütün bunlarla yanaşı bütövlükdə faiz dərəcəsinin artması o deməkdir ki, dünya iqtisadiyyatı əvvəlki templə inkişaf etmir, zəifləyir, dünyada qeyri-müəyyənlik var, qiymət artımı prosesi davam edir. Bu mənada Azərbaycan iqtisadiyyatı üçün yaxşıdır. Ancaq bu birbaşa deyil, dolayısıdır. Birbaşa təsirlərdə mənfi amil yoxdur".

Xəbər 471 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +