Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?


24.03.2023  11:59 

“Gömrük Komitəsi rüşvət və korrupsiya yuvasına çevrilib...” - Ekspert





A+  A-

“İllərdir dediyimiz kimi, Gömrük Komitəsinin ayrıca qurum kimi qalmasının heç bir mənası yoxdur, dünyada çox nadir ölkələr var ki, Gömrük Komitəsi müstəqil qurumdur, onlardan biri də Rusiyadır. Ümumiyyətlə bizim Gömrük orqanlarının mahiyyəti, strukuru, hərbi rütbələri, fəlsəfəsi Rusiyadan köçürülüb. Bundan imtina etmək zamanıdır, özünü doğrultmadı, doğrultmağı da mümkün deyil, çünki Şimal qunşumuz öz dövlət orqanlarını tarixən biznesi əzmək üzərinə inşa edib”.

XəzərNews.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli çıxış edib.

N.Cəfərli bildirib ki, gömrük orqanlarının ayrıca istintaq qurumunun olması da absurddur, ona görə də, Gömrük Komitəsi ya İqtisadiyyat, ya da Maliyyə Nazirliyinin nəznində kiçik bir departament kimi fəaliyyət göstərməli, əsas işi daxili istehsalçını qorumaq üçün konsepsiya hazırlamaqdan, statistik göstəriciləri toplayıb təhlil etməkdən ibarət olmalıdır:

“Müstəqillikdən üzü bəri iş adamlarının, biznesin ən zəhləsi getdiyi, onlara ən çox mane olan, rüşvət və korrupsiya yuvasına çevrilmiş, mahiyyəti ancaq iri məmur biznesini qorumaq olan Gömrük Komitəsidir. Komitəni nazirliklərdən birinə birləşdirmək azdır, həm də fəlsəfəsi dəyişməlidir, bu orqanlarda çalışanlar anlamalıdırlar ki, onların fəaliyyətinin əsas istiqaməti ölkəyə kiminsə tuman-köynək gətirməsinə mane olmaq deyil də, ölkədə tuman-köynək istehsalına dəstək verməkdir. Nə qədər ki, yerli istehsal yoxdur, Gömrük orqanları gözəgörünməz, ürəkbulandırmaz olmalıdırlar – istehsal sahələri yaranandan sonra daxili istehsalçını qorumaq üçün ağıllı tarif, rüsum siyasəti olmalıdır. Yerli istehsal isə o zaman yaranacaq ki, ölkədə normal biznes mühiti, investisiyaların qorunması mexanizmləri və nəhayət, ədalətli məhkəmə sistemi olacaq - bunun başqa yolu-yöntəmi yoxdur!”

Xəbər 658 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq


BÜTÜN XƏBƏRLƏR +