İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR


22.03.2023  21:15 

Zibilyığan: O uşaq indi mənim oğlumdur





A+  A-

Mən küçə süpürgəçisiyəm, daha doğrusu, gürcü dilində "zibil yığan" - menaqve kimi səslənir bu söz... Hər gün saat 5-də yuxudan durur, oğluma dua edir və yatan qoca nənəsinin yanında qoyuram. Mənim evdən getdiyimdən təkcə popuqaylarımın xəbəri olur.

Artıq 5 ildir mən hər gün narıncı rəngli gödəkçəni geyirəm, hər kəsdən əvvəl ağaclarla, günəşlə, küçələrlə və bütün Yer kürəsi ilə salamlaşıram...

Hər kəsin öz işi var, işinin dalıyca qaçan insanlar ətrafı zibilləyir, mən isə bu zibilləri yığışdırır, zibil qutusuna atıram. İçimdə gülümsəyirəm, bilirəm ki, heç vaxt küçə süpürənin, zibil yığanın uşaqları zibili yerə atmır... oğlumun canına and içərəm, atmırlar zibili yerə...

Ağaclar mənim qarşımda başlarını əyib üzr istəyirlər. Amma kimsə qocalıb əlləri əsir, əlindən nə isə tökülürsə ağacların nə günahı var ki...

Mən ağacları bağışlayıram, saralıb tökülən yarpaqlarını da bağıslayıram... Amma məni küçədə it yerinə belə qoyan yoxdur, hətta yaxın qonşularım yanımdan keçəndə salam belə vermirlər.

Bəzi adamları mənim çirkli paltarlarım qorxudur, bəzilərini süpürgəm, hətta bəzilərini uzanmış saqqalım... Bu saqqalıma görə hələ mənim 5 yaşlı oğlum, Şaxta baba atam- deyə çağırır məni...

...Zibil yığa-yığa yataqda qoyub gəldiyim oğlumu, qoca anamı və saat 9-u fikirləşirəm, "görəsən vaxtında oyandılarmı, bağcaya gecikmədilər ki...".

Əslində həyət süpürənin oğlu dərsə, bagcaya... hec yerə gecikməməli idi, çünki o hər kəsdən tez oyanırdı...

Ətrafda kimə baxırsan, hərə mənə bir cür baxır: birinin yazığı gəlir, biri iyrənir, heç kəsin üz-gözündə istilik hiss olunmur. Təkcə küçə itləri çirkli ayaqqabılarıma sürtünür, zibil qablarından onlar üçün yığdığım ərzaq qalıqlarını onlara verdiyimə minnətdarlıq göstərirlər...

Mən - küçə süpürənəm. Gürcü dilində küçə süpürənə - zibil yığan deyirlər. Üstundən həmişə köhnə zibil iyi gəlir.

Beş il əvvəl zibil qutularından birində mən bir təzə doğulmuş uşaq tapmışdım. O uşaq indi mənim oğlumdur. Hər gün insanlar ətrafa zibil atdıqları üçün Allaha təşəkkur edirəm...

Anna Laşxeli
(Gürcü dilindən tərcumə: Emma Cəfərova)


Xəbər 763 dəfə oxunub.



22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +